Bazar ertəsi, Mart 16, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Dünya Bankı Azərbaycanda elektroenergetikaya dəstək verəcək

25/11/2020
Dünya Bankı Azərbaycanda elektroenergetikaya dəstək verəcək
4
BAXIŞ
Share on FacebookShare on Twitter

Elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinin tətbiqi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, Azərbaycanda enerji sektorunda bazar islahatları, Dünya Bankının bu prosesə dəstəyinin əhatə dairəsinin və növbəti addımların müəyyənləşdirilməsi məqsədilə iki günlük seminar təşkil edilib.

Energetika Nazirliyindən “Report”a verilən məlumata görə, Energetika Nazirliyi, Özbəkistanın Energetika Nazirliyi, Türkiyənin Energetika və Təbii Ehtiyatlar Nazirliyinin əməkdaşları, Peru və Rumıniyadan olan ekspertlər, həmçinin Dünya Bankı Qrupunun mütəxəssislərinin iştirakı ilə baş tutmuş seminarda energetika nazirinin müavini Elnur Soltanov və Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus açılış nitqi ilə çıxış edib.

Seminarın birinci günündə Azərbaycanda enerji sektoru üzrə planlaşdırılan islahatlar, liberal bazar münasibətlərinə keçid, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və enerji səmərəliliyi sahəsində görülmüş işlər, qarşıya qoyulmuş hədəflərə dair təqdimat nümayiş olunub, seminar iştirakçıları tərəfindən ünvanlanmış çoxsaylı suallar cavablandırılıb. Eyni zamanda, Avropa, Mərkəzi Asiya, Cənubi Amerika ölkələrində energetika sektorunda islahatlar və liberallaşmış bazarlarda bərpa olunan enerji mənbələrinin payının genişləndirilməsi, sahənin inkişafına özəl investorların cəlb edilməsi üzrə beynəlxalq təcrübədən nümunələr nəzərdən keçirilib.

Seminarın ikinci günündə Özbəkistan, İspaniya, Rumıniya və Peru tərəfindən aparılan islahat proseslərinin nümunələri əhatəli şəkildə təqdim olunub, dəyirmi masa müzakirəsinə çıxarılıb. Həmçinin dünyada liberal bazar münasibətləri çərçivəsində fəaliyyət göstərən enerji bazarlarında bərpa olunan enerjidən istifadənin genişləndirilməsi və bu tendensiyanın bazara təsiri ilə bağlı təcrübələr təhlil edilib.

Tags: Dünya BankıEnergetika nazirliyi

Eyni kateqoriyadan Digər materiallar

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb
Azərbaycan

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb

09/09/2025
Böyükşor gölündə 100 kVt gücündə pilot günəş enerjisi qurğusu istismara verilib
Azərbaycan

Böyükşor gölündə 100 kVt gücündə pilot günəş enerjisi qurğusu istismara verilib

30/07/2024
Azərbaycanda binaların enerji istehlakı dünya göstəricilərini 1,5 dəfə üstələyir
Yaşıl enerji

Azərbaycanda binaların enerji istehlakı dünya göstəricilərini 1,5 dəfə üstələyir

23/02/2024
Azərbaycan Dünya Bankı ilə yaşıl enerji layihələrinin maliyyələşdirilməsini müzakirə edib
Yaşıl enerji

Azərbaycan Dünya Bankı ilə yaşıl enerji layihələrinin maliyyələşdirilməsini müzakirə edib

20/02/2024
Запущена вторая линия электропередачи из Туркменистана в Иран
Azərbaycan

“Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti

25/12/2023
2050-ci ilədək hidrogen dünya enerji istehlakının 10%-dən çoxunu əhatə edə bilər
Azərbaycan

Energetika nazirliyi hidrogen enerjisi sahəsində pilot layihələr həyata keçirməyi planlaşdırır

06/11/2023
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.