Çərşənbə axşamı, Oktyabr 6, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycan və Bolqarıstanın enerji tənzimləyiciləri görüş keçirib

13/11/2020
Azərbaycan və Bolqarıstanın enerji tənzimləyiciləri görüş keçirib
8
BAXIŞ
Share on FacebookShare on Twitter

Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) ilə Bolqarıstanın Enerji və Su Tənzimləyici Komissiyası (EWRC) arasında görüş keçirilib

“Report”un Agentliyə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, AERA-nın İdarə Heyətinin sədri Samir Axundov, sədr müavini Rövşən İsmayılov və qurumun digər nümayəndələri iştirak ediblər.

Bolqarıstan tərəfini EWRC-ın sədri İvan İvanov başda olmaqla, elektrik enerjisi və termal sular enerjisi sektorunun direktoru Plamen Mladenovski və digər rəhbər şəxslər təmsil ediblər.

Onlayn keçirilən görüşü giriş sözü ilə açan EWRC-ın sədri bildirib ki, Komissiya Azərbaycanın enerji tənzimləyicisi ilə müvafiq sahədə əməkdaşlığa önəm verir və bu ilin sentyabr ayında imzalanmış Saziş bu əlaqələrin möhkəmləndirilməsində böyük rol oynayacaq.

Qonaqları səmimi salamlayan AERA-nın İdarə Heyətinin sədri görüşün çox əlamətdar bir vaxta – Azərbaycanın Vətən müharibəsində böyük zəfər qazandığı həftəyə təsadüf etdiyini qeyd edib. S. Axundov Agentliyin fəaliyyəti və gördüyü işlər haqqında iclas iştirakçılarına məlumat verib. O, bir müddət əvvəl imzalanmış sənədin Azərbaycan və Bolqarıstan tənzimləyiciləri arasında energetika və kommunal xidmət sahələrində inkişaf perspektivləri baxımından əhəmiyyət kəsb etdiyini və bundan sonra da əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra səfir Nərgiz Qurbanova tənzimləycilər arasında qurulmuş əlaqələrin iki ölkənin enerji bazarlarının inteqrasiyası istiqamətində müsbət töhfə verəcəyini diqqətə çatdırıb. O, iki ölkə arasında enerji, nəqliyyat, turizm, informasiya və kommunikasiya texnologiyaları sahələrində uğurla əməkdaşlıq edildiyini bildirib.

AERA-nın Hüquqi təminat və təhlil şöbəsinin müdiri Fariz Şirinov təqdimatla çıxış edərək, görüş iştirakçılarına Agentliyin təsis olunması, funksiyaları və inkişaf perspektivləri, qurum tərəfindən hazırlanmış bir sıra mühüm qanun layihələri və normativ aktlar, Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə həyat keçirilən layihə, beynəlxalq əməkdaşlıq haqqında məlumat verib.

Daha sonra EWRC-in elektrik enerjisi və termal sular enerjisi sektorunun direktoru Plamen Mladenovskinin “Elektrik enerjisi tarifləri. Bolqarıstanın elektrik enerjisi bazarı modeli” mövzusunda təqdimatı dinlənilib. O bildirib ki, Bolqarıstanın enerji bazarının tam liberallaşdırılması prosesi 2015-ci ildən başlayıb və indi də davam etdirilir. Onun sözlərinə görə, Bolqarıstan, Avropa Birliyində həm tənzimlənən, həm də azad enerji bazarının mövcudluğunu davam etdirən nadir ölkələrdən biridir. Liberallaşdırılmanın mərhələli şəkildə həyata keçirildiyini qeyd edən Mladenovski, prosesin əvvəlcə topdansatış bazarından başlayıb pərakəndə bazar ilə davam edəcəyini diqqətə çatdırıb.

Sonda iclas iştirakçılarını maraqlandıran bütün suallar cavablandırılıb.

Qeyd edək ki, bu ilin sentyabr ayının 9-da AERA və EWRC arasında “Əməkdaşlıq haqqında” saziş imzalanıb. Sazişi S.Axundov və İ.İvanov imzalayıb. Sazişə əsasən, iki ölkənin enerji tənzimləmə sahəsinin inkişafı və inteqrasiyası məqsədilə uzunmüddətli əməkdaşlıq üçün hüquqi baza yaradılacaq. Saziş Azərbaycan və Bolqarıstan arasında müvafiq sahədə təlim və ixtisasartırma kursları, məlumat mübadiləsi, seminar, konfrans və görüşlərin təşkili, ikitərəfli əməkdaşlığın inkişafı üçün əlverişli şəraitin yaradılması, birgə layihələrin həyata keçirilməsi, habelə hər iki tənzimləyici üçün qarşılıqlı maraq doğuran digər əməkdaşlıq sahələrinin təşviq edilməsini nəzərdə tutur.

AREA 2018-ci ilin aprelindən Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) assosiativ üzvüdür.

EWRC Bolqarıstanın milli tənzimləyici qurumu olaraq 1999-cu ildən fəaliyyət göstərir və ERRA-nın tam üzvüdür.

Tags: BolqarıstanEnergetika nazirliyigörüş

Eyni kateqoriyadan Digər materiallar

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb
Azərbaycan

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb

09/09/2025
Böyükşor gölündə 100 kVt gücündə pilot günəş enerjisi qurğusu istismara verilib
Azərbaycan

Böyükşor gölündə 100 kVt gücündə pilot günəş enerjisi qurğusu istismara verilib

30/07/2024
Bolqarıstan Azərbaycandan Avropaya “yaşıl enerji” təchizatı üzrə birgə müəssisəyə qoşulacaq
Yaşıl enerji

Bolqarıstan Azərbaycandan Avropaya “yaşıl enerji” təchizatı üzrə birgə müəssisəyə qoşulacaq

27/06/2024
Доля Азербайджана в газовом импорте Болгарии достигла 52%
Azərbaycan

Apreldə Azərbaycan Bolqarıstanın təbii qaza olan tələbatının 51 %-ni ödəyəcək

02/04/2024
Azərbaycan Dünya Bankı ilə yaşıl enerji layihələrinin maliyyələşdirilməsini müzakirə edib
Yaşıl enerji

Azərbaycan Dünya Bankı ilə yaşıl enerji layihələrinin maliyyələşdirilməsini müzakirə edib

20/02/2024
Запущена вторая линия электропередачи из Туркменистана в Иран
Azərbaycan

“Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti

25/12/2023
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.