Şənbə, Avqust 8, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Həmrəylik halqası” ilə Azərbaycan qazının Avropaya nəqlinin detalları

25/04/2023
Азербайджан начнет поставки газа по “Кольцу солидарности” – посол
12
BAXIŞ
Share on FacebookShare on Twitter

Aprelin 25-də Azərbaycandan “Həmrəylik halqası” (STRING) vasitəsilə qaz tədarükünə dair imzalanan Anlaşma Memorandumu Bolqarıstanın enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, bütün regionun enerji təhlükəsizliyinə töhfə verəcək.

Bunu Trend-ə özəl müsahibəsində Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov deyib.

Səfir Hüseyn Hüseynov "Həmrəylik halqası" ilə Azərbaycan qazının Avropaya tədarükünün təfərrüatlarını açıqlayıb (ÖZƏL)

Bundan əlavə, səfir hesab edir ki, bu, Bolqarıstanın Balkanlarda qaz qovşağı kimi rolunu artıracaq və ölkənin qaz bazarına müsbət təsir göstərəcək.

H.Hüseynov xatırladıb ki, Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) 2020-ci ildə istifadəyə verilməsi Azərbaycan təbii qazının Aİ istehlakçılarına çatdırılmasına imkan yaradıb və bununla da Avropanın enerji təhlükəsizliyinə və qaz tədarükünün şaxələndirilməsinə böyük töhfə verib.

“Bolqarıstan, Yunanıstan, İtaliya kimi ölkələr Azərbaycanın “Şahdəniz” yatağından qaz almağa başladılar ki, bu da daxili qaz bazarının vəziyyətini və rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırdı, eləcə də digər mənbələrdən qaz tədarükünün qiymətlərini aşağı saldı. Ukraynadakı müharibə Avropa qitəsində enerji böhranını daha da kəskinləşdirib. Belə bir şəraitdə Azərbaycan rəhbərliyi bir daha avropalı tərəfdaşlarla həmrəy olduğunu nümayiş etdirdi və Azərbaycan təbii qazının Avropaya ixracını 2027-ci ilin sonuna qədər ilkin olaraq planlaşdırılan 10 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırmaq üçün 2022-ci ilin 18 iyulunda Aİ ilə Anlaşma Memorandumu imzaladı. 2022-ci ildə Azərbaycan artıq Avropa bazarına 11,4 milyard kubmetr qaz ixrac edib və bu ilin sonuna bu rəqəmin 12 milyard kubmetrə çatacağı gözlənilir”, – deyə səfir bildirib.

O qeyd edib ki, bütün bu dəyişikliklər Bolqarıstan hökumətinin Azərbaycandan və potensial olaraq digər mənbələrdən əlavə həcmdə təbii qazın tədarükünü asanlaşdırmaq üçün irəli sürdüyü “Həmrəylik halqası” (STRING) təşəbbüsünün əsasını təşkil edib.

“Təşəbbüsün məqsədi Azərbaycan, Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın Azərbaycandan təbii qazın yuxarıda göstərilən ölkələrin mövcud qaz nəqli infrastrukturundan istifadə edərək Avropa ölkələrinə çatdırılması üçün səylərini birləşdirməkdir. Bu məqsəd üçün Bolqarıstanın “Bulqartransgaz”, Rumıniyanın “Transgaz”, Macarıstanın FGSZ və Slovakiyanın “EUSTREAM” şirkətlərinin qaz ötürücü şəbəkələrindən istifadə edilməsi nəzərdə tutulur. Bu baxımdan Azərbaycan və Türkiyə əlavə qaz həcmlərinin çatdırılmasında və nəqlində əsas rol oynayacaq”, – deyə H.Hüseynov əlavə edib.

Qeyd edək ki, Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), “FRGZ” (Macarıstan), “EURSTREAM” (Slovakiya) şirkətləri və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın inkişafına dair Anlaşma Memorandumu imzalanıb.

Anlaşma Memorandumu ötürmə sisteminin dörd operatoru və SOCAR arasında Azərbaycandan Avropaya əlavə həcmdə qaz tədarükü üzrə əməkdaşlıq istiqamətlərini müəyyən edir.

Əlavə qaz tədarükləri Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın “Həmrəylik halqası” adlandırılan modernizasiya olunmuş qaz nəqli şəbəkələri vasitəsilə həyata keçiriləcək.

Tags: BolqarıstanHəmrəylik halqasıqaz ixracı

Eyni kateqoriyadan Digər materiallar

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…
Azərbaycan

Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…

14/12/2025
İlham Şaban: Azərbaycan Türkiyəyə qaz ixracını artıra bilərmi?
Azərbaycan

Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb

28/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.