Çərşənbə, Sentyabr 16, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Bolqarıstan Azərbaycandan Avropaya “yaşıl enerji” təchizatı üzrə birgə müəssisəyə qoşulacaq

27/06/2024
Bolqarıstan Azərbaycandan Avropaya “yaşıl enerji” təchizatı üzrə birgə müəssisəyə qoşulacaq
36
BAXIŞ
Share on FacebookShare on Twitter

Bolqarıstanın Nazirlər Şurası Qara dənizin dibi ilə keçəcək Azərbaycan-Gürcüstan-Avropa “yaşıl enerji” dəhlizinin (“Black Sea Energy”) yaradılması layihəsinin həyata keçirilməsi üçün ölkənin birgə müəssisədə iştirakını təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

“Nazirlər Şurası Bolqarıstanın Bakıdan Mərkəzi Avropaya “yaşıl enerji”nin tədarükünün nəzərdə tutulduğu “Yaşıl Enerji Dəhlizi” layihəsinin həyata keçirilməsi üzrə birgə müəssisədə iştirakını təsdiqləyib”, – diplomat yazıb.

O qeyd edib ki, 20 % payla Bolqarıstan inkişaf etmiş elektrik ötürücü sistemi, qonşu ölkələrlə qarşılıqlı əlaqəsi, inkişaf etmiş enerji bazarı, bərpa olunan mənbələrə investisiya imkanları və “yaşıl enerji”yə artan tələbat sayəsində bu layihədə mühüm rol oynaya bilər.

Onun sözlərinə görə, Qara dəniz enerji dəhlizi təşəbbüsü Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin Qara dəniz kabeli vasitəsilə ötürülməsi üzrə strateji tərəfdaşlığa əsaslanır:

“Bu layihə regional enerji təhlükəsizliyinin gücləndirilməsinə, tədarüklərin şaxələndirilməsinə, Xəzər dənizi regionunda bərpa olunan enerji mənbələrindən enerji istehsalı potensialından istifadəyə və milli enerji balansında bərpa olunan enerji mənbələrindən enerjinin payının artırılmasına yönəlib”.

Qeyd edək ki, 2022-ci il dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Qafqaz regionundan Avropaya enerji körpüsünün yaradılmasını nəzərdə tutan strateji tərəfdaşlıq sazişi imzalayıb. Əldə edilən razılaşma çərçivəsində 1 000 meqavat gücündə və 1 195 kilometr uzunluğunda “Black Sea Energy” dənizaltı elektrik kabelinin çəkilməsi gözlənilir. Kabel Azərbaycanda hasil edilən “yaşıl elektrik enerjisi”ni Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya çatdırmaq üçün Macarıstana və Avropanın qalan hissəsinə nəql olunacaq. Bu, 4 qiqavata qədər “yaşıl enerji”nin verilməsinə imkan verəcək.

Tags: Bolqarıstanyaşıl enerji

Eyni kateqoriyadan Digər materiallar

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”
Azərbaycan

Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”

03/11/2025
Azerbaijan, China sign six docs on construction of new renewable energy capacity
Azərbaycan

Azərbaycan Çin şirkətləri ilə “yaşıl enerji” üzrə 6 sənəd imzalayıb

27/04/2025
AYİB və Bank Respublika Azərbaycanda yaşıl biznesə dəstək verir
Yaşıl enerji

AYİB və Bank Respublika Azərbaycanda yaşıl biznesə dəstək verir

21/10/2024
Böyükşor gölündə 100 kVt gücündə pilot günəş enerjisi qurğusu istismara verilib
Azərbaycan

Böyükşor gölündə 100 kVt gücündə pilot günəş enerjisi qurğusu istismara verilib

30/07/2024
Azerbaijan buoys up citizens to benefit from renewable energy sources
Azərbaycan

SOCAR 6 ilə məşəldə yanacaqdan istifadəni sıfıra endirmək niyyətindədir

18/07/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.