Dünya birjalarında neft qiymətləri bahalaşıb
AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,13 dollar artaraq 41,42 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,12 dollar bahalaşaraq 39,34 dollar olub.