Cümə axşamı, İyul 16, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Avropada kömür kəskin bahalaşdı

17/10/2020
Avropada kömür kəskin bahalaşdı
7
BAXIŞ
Share on FacebookShare on Twitter

Avropa bazarında kömür son bir ildə ən yüksək həddədək bahalaşıb

“Report” xəbər verir ki, təbii qazın qiymətinin qalxması daha ucuz yanacaq növlərinə tələbatın artmasına gətirib çıxarıb.

“Argus Media”ya görə, Avropanın şimal-qərbinə tədarük edilən kömürün bir tonunun qiyməti may ayındakı minimuma nisbətən 50 faiz artaraq 55,77 ABŞ dollarına çatıb. Son dəfə buna yaxın qiymətlər ötən ilin oktyabr ayında qeydə alınıb.

Qeyd edək ki, koronavirus pandemiyası ilə bağlı tətbiq edilən məhdudiyyətlər nəticəsində elektrik enerjisinə tələbatın azalmasına görə dünyanın qalan regionlarında kömür ucuzlaşmağa başlayıb. Beləliklə, Avropa bu mənada istisna təşkil edir.

Beynəlxalq Enerji Agentliyinin bu həftə açıqladığı hesabatına görə, polad istehsalında işlədilən kokslu kömürlə birgə cari ildə dünyada kömür istehlakı 7 faiz azala bilər. Həm də Avropa ölkələrində havaya karbon tullantılarını azaltmaq üçün görülən tədbirlər çərçivəsində kömürdən daha sürətlə əl çəkirlər. Hərçənd son bahalaşmadan da göründüyü kimi hətta təmiz enerji mənbələrinin vüsət almasına da baxmayaraq, kömür istehlakının vaxtaşırı artmasını gözləmək olar.

“Argus Coal Daily İnternational”ın redaktoru Ceyk Horslen kömürün get-gedə dövriyyədən çıxması təəssüratına baxmayaraq, bu yanacaq növünə yaxın gələcəkdə tələbatın qalacağını bildirib.

report

Tags: Avropakömür

Eyni kateqoriyadan Digər materiallar

SOCAR приступил к прямым поставкам газа потребителям в Болгарии
Azərbaycan

Azərbaycan Avropaya 4 milyard kubmetr qaz ixrac edib

14/05/2025
Yeddi Avropa ölkəsi 2035-ci ildən elektriki ancaq yaşıl enerjidən almaq qərarı verdi
Maraqlı Xəbərlər

Yeddi Avropa ölkəsi 2035-ci ildən elektriki ancaq yaşıl enerjidən almaq qərarı verdi

20/12/2023
Avropa 10 ay ərzində Azərbaycandan qaz idxalını 4% artırıb
Azərbaycan

Avropa 10 ay ərzində Azərbaycandan qaz idxalını 4% artırıb

30/01/2024
Əliyev: 2023-cü ildə Azərbaycan qazının Avropaya ixracı təxminən 12 milyard kubmetr təşkil edəcək
Azərbaycan

Əliyev: 2023-cü ildə Azərbaycan qazının Avropaya ixracı təxminən 12 milyard kubmetr təşkil edəcək

11/12/2023
Avropa anbarlarındakı qaz ehtiyatları nə qədər zamana bəs edər?
Maraqlı Xəbərlər

Avropa anbarlarındakı qaz ehtiyatları nə qədər zamana bəs edər?

15/11/2023
Страны ЕС в I полугодии снизили потребление газа на 10%
Azərbaycan

Avropada Azərbaycan qazına olan illik tələbat 30 milyard kubmetrdən çoxdur

21/10/2023
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.