Bazar ertəsi, Noyabr 16, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Aİ-nin tədbirində Ermənistanın provokasiyasına cavab verildi

30/10/2020
Aİ-nin tədbirində Ermənistanın provokasiyasına cavab verildi
20
BAXIŞ
Share on FacebookShare on Twitter

Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” təşəbbüsü çərçivəsində onlayn videokonfrans formatında 5-ci Enerji Paneli keçirilib

Energetika Nazirliyindən “Report”a verilən məlumata görə, tədbirdə gündəlik üzrə Şərq Tərəfdaşlığı ölkələrindən 2020-ci ildən sonrakı dövr üçün enerji əməkdaşlığı prioritetləri ilə bağlı gözləntilər, bərpa olunan enerji və mayeləşdirilmiş təbii qaz sahələrinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

İclasda Ermənistan təmsilçisi tədbirin gündəliyindən kənara çıxaraq və provokasiya xarakterli çıxış edərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında yalan və riyakar bəyanatlar səsləndirib, tədbir iştirakçılarını aldatmağa, Ermənistanın işğalçı siyasətinə haqq qazandırmağa və bu ölkəni zərərçəkən qismində qələmə verməyə cəhd göstərib.

Panelin moderatoru, Avropa Komissiyası Enerji Baş Direktorluğunun “Beynəlxalq əlaqələr və genişlənmə” şöbəsinin müdiri xanım Anne-Charlotte Bournoville xəbərdarlıq edərək, tədbirin məqsədinin enerji üzrə ekspertləri bir araya gətirərək, gündəlikdə nəzərdə tutulan məsələlərin müzakirəsi ilə bağlı olduğunu bildirib və münaqişələrin müzakirəsi üçün platforma olmadığını diqqətə çatdırıb.

Azərbaycanı tədbirdə təmsil edən Energetika Nazirliyinin şöbə müdiri əvəzi Otel Hüseynov tədbirin gündəliyinə uyğun olaraq çıxışına başlamazdan əvvəl Ermənistan tərəfinin yalan məlumatlar yaymaq cəhdlərinə qəti etirazını bildirərək təşkilatçıları bu tip provokasiya cəhdlərinə rəvac verməməyə çağırıb. O, həmçinin tədbir iştirakçılarına cari ilin 27 sentyabr tarixindən başlayaraq Azərbaycanın mülki yaşayış məntəqələrinin, sosial-mədəni və infrastruktur obyektlərinin, o cümlədən strateji əhəmiyyətli enerji infrastrukturunun işğalçı Ermənistan silahlı qüvvələri tərəfindən intensiv atəşə tutulması barədə məlumat verib. Döyüş əməliyyatlarından uzaqda yerləşən şəhər və kəndlərin ballistik raketlərlə, qadağan olunmuş silahlarla atəşə tutulması nəticəsində mülki əhali, o cümlədən azyaşlı uşaqlar arasında çoxsaylı ölən və yaralananların olduğunu, eyni zamanda Azərbaycanın enerji infrastrukturunun da hədəfə alındığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Otel Hüseynov, həmçinin tədbir təşkilatçılarına və iştirakçılarına Ermənistan tərəfinin bu cür provokasiya xarakterli çıxışlarının tədbirin gedişatına və gündəlikdəki məsələlərin müzakirəsinə mane olduğunu bildirib.

report

Tags: Avropa İttifaqıEnergetika nazirliyi

Eyni kateqoriyadan Digər materiallar

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb
Azərbaycan

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb

09/09/2025
Gürcüstan bu il Azərbaycandan 159 min ton benzin idxal edib
Azərbaycan

Fransanın cari ildə Azərbaycandan idxal etdiyi neft həcmləri açıqlanıb

20/08/2025
Rusiyaya qarşı 15-ci sanksiyalar paketi qəbul edildi
Rusiya

Rusiyaya qarşı 15-ci sanksiyalar paketi qəbul edildi

16/12/2024
Böyükşor gölündə 100 kVt gücündə pilot günəş enerjisi qurğusu istismara verilib
Azərbaycan

Böyükşor gölündə 100 kVt gücündə pilot günəş enerjisi qurğusu istismara verilib

30/07/2024
Azərbaycan Dünya Bankı ilə yaşıl enerji layihələrinin maliyyələşdirilməsini müzakirə edib
Yaşıl enerji

Azərbaycan Dünya Bankı ilə yaşıl enerji layihələrinin maliyyələşdirilməsini müzakirə edib

20/02/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.