Cümə axşamı, İyun 19, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Avropa İttifaqı ilə Azərbaycan arasında enerji dialoqu keçirilib

03/05/2023
Avropa İttifaqı ilə Azərbaycan arasında enerji dialoqu keçirilib
3
BAXIŞ
Share on FacebookShare on Twitter

Belçika Krallığının Brüssel şəhərində mayın 2-də Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında enerji tərəfdaşlığının yeni mərhələdə inkişafı məqsədilə yaradılan yüksək səviyyəli enerji dialoqu çərçivəsində növbəti görüşü keçirilib.

Caspian Barrel Energetika nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, nazir Pərviz Şahbazov və Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simsonun rəhbərliyi, Energetika Nazirliyi, SOCAR, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (AREA), Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğu (DG Ener), Avropa İnvestisiya Bankı (AİB) və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndələrinin iştirakı ilə keçirilən iclasda qaz təchizatının diversifikasiyası, bərpa olunan enerjinin inkişafı və enerji səmərəliliyi prioritetləri üzrə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı müzakirə edilib.

Energetika naziri Pərviz Şahbazov bildirib ki, Aİ ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq sənədinin icrası 2027-ci ilədək Azərbaycandan Avropaya təbii qaz ixracının 20 milyard kubmetrədək artırılması ilə bağlı birgə səylərin gücləndirilməsini zəruriləşdirir: “Əlavə qazın tədarükü genişləndirilmiş təchizat marşrutlarını tələb edir. Bu baxımdan Cənub Qaz Dəhlizinin genişləndirilməsi strateji prioritetdir. Layihənin genişləndirilməsi üzrə işlərə başlamaq və irəliləyişlərə nail olmaq üçün əhəmiyyətli investisiyalara və maliyyə alətlərinə ehtiyac var. Bu xüsusda, avropalı tərəfdaşların dəstəyi vacibdir.”

Nazir, həmçinin vurğulayıb ki, Cənub Qaz Dəhlizi ilə yanaşı “Həmrəylik halqası” marşrutu, eləcə də Xəzər-Aİ “yaşıl enerji” dəhlizi kimi Avropaya təhlükəsiz və etibarlı mənbədən enerji resurslarını gətirən və şaxələndirən infrastrukturların inkişafı əhatəli enerji təhlükəsizliyi üçün önəmlidir. 

Enerji böhranı dövründə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsini qiymətləndirən Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson isə deyib ki, böhranın idarə olunmasından orta müddətli strateji planlaşdırmaya keçərkən Aİ-nin gözlənilən qaz tələbatını da nəzərə alırıq ki, bu da Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı vacib məsələlərdən biridir: “Biz dəhlizin genişlənməsini dəstəkləyirik. Bugünkü görüş növbəti konkret addımların müəyyənləşməsində bizə kömək etdi. REPowerEU planımıza uyğun olaraq, Avropa İttifaqı Cənubi Qafqaz qonşularımızı və tərəfdaşlarımızı bərpa olunan enerji istehsalının artırılması sahəsində dəstəkləyir. Məsələn, Xəzər regionunda Azərbaycanda metan emissiyalarının aşağı olması metan fəaliyyəti ilə bağlı ölkənin lider mövqeyini birgə müdafiə etmək imkanları yaradacaq.”

Enerji dialoqu Avropada qaz təchizatının mövcud vəziyyəti, anti-böhran tədbirlərində Cənub Qaz Dəhlizinin rolu, bərpa olunan enerji, enerji səmərəliliyi, həmçinin Avropa İnvestisiya Bankı (AİB), Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) qaz infrastrukturu siyasətinə və “yaşıl enerji”nin inkişafının dəstəklənməsi üçün maliyyə alətlərinə dair təqdimat və müzakirələrlə davam etdirilib. Azərbaycandan qaz tədarükünə artan maraq əsasında müəyyənləşmiş tələbat həcmləri, hazırda işlənmə və kəşfiyyat mərhələsində olan yataqlardan gözlənilən hasilat və ixrac imkanları, Cənub Qaz Dəhlizinin genişləndirilməsi üçün zəruri addımlar, yaşıl enerjinin ötürülməsinin icra vəziyyəti və enerji səmərəlliyi tədbirləri barədə məlumat verilib. Xəzər-Aİ “yaşıl enerji” dəhlizi üçün Qarşılıqlı Maraq Layihəsi statusunun əldə edilmə perspektivləri və prosedurları, eləcə də Avropa maliyyə institutları ilə Azərbaycanda mövcud və planlaşdırılan enerji layihələri üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib. Müxtəlif proqramlar çərçivəsində “yaşıl enerji”, o cümlədən “yaşıl hidrogen” və ammonyak, enerji səmərəliliyi, enerji sektorunda CCUS texnologiyalarının tətbiqi və metan tullantılarının azaldılması sahələrində Aİ ilə texniki, maliyyə dəstəyi və digər yardımlar üzrə əməkdaşlıq təklifləri dəyərləndirilib. Enerji dialoqu çərçivəsində əməkdaşlığın gələcək inkişaf istiqamətləri müəyyənləşdirilib.

Xatırladaq ki, 4 fevral 2022-ci il tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Nazirlər Toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson arasında keçirilən görüşdə Aİ ilə Azərbaycan arasında enerji dialoqunun yaradılmasına dair razılıq əldə olunub.

Tags: Avropa İttifaqıKadri SimsonPərviz Şahbazov

Eyni kateqoriyadan Digər materiallar

Rusiyaya qarşı 15-ci sanksiyalar paketi qəbul edildi
Rusiya

Rusiyaya qarşı 15-ci sanksiyalar paketi qəbul edildi

16/12/2024
Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib
Azərbaycan

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib

08/07/2024
Azərbaycan Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqini müzakirə edib
Azərbaycan

Azərbaycan Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqini müzakirə edib

27/06/2024
Pərviz Şahbazov Gürcüstana səfər edib
Azərbaycan

Pərviz Şahbazov Gürcüstana səfər edib

15/05/2024
Pərviz Şahbazov BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb
Azərbaycan

Pərviz Şahbazov BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb

17/04/2024
Energetika naziri Əbu-Dabidə Azərbaycanın “yaşıl hidrogen” kursundan danışıb
Yaşıl enerji

Energetika naziri Əbu-Dabidə Azərbaycanın “yaşıl hidrogen” kursundan danışıb

17/04/2024
WTI Crude Price
Brent Crude Price

Qazaxıstan

“Rosatom” Qazaxıstanda ilk AES-in tikintisi üzrə konsorsiumun lideri seçilib

18/06/2025
Azərbaycan

Azərbaycan Şimali Makedoniya ilə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib

18/06/2025
Azərbaycan

Azərbaycanda beş aya 21 milyard kubmetrə yaxın qaz hasil edilib

18/06/2025
Azərbaycan

Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək

10/06/2025
Azərbaycan

Almaniyanın dövlət şirkəti 10 il Azərbaycandan qaz alacaq

10/06/2025
Azərbaycan

Avtonom modullu energetika RSE şirkəti tərəfindən Bakıda ilk dəfə təqdim edilib

04/06/2025
Azərbaycan

BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır

04/06/2025
Azərbaycan

“Azneft” bu il “Neft Daşları”nda 1,2 milyon ton neft çıxarmağı hədəfləyib

04/06/2025
Azərbaycan

“TotalEnergies”: Azərbaycanda dünyada ilk dəfə…

04/06/2025
Azərbaycan

Laçında “Aşağı Malıbəyli” və “Mirik” kiçik su elektrik stansiyaları istismara verilib

27/05/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.