Şənbə, Fevral 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR və Sumqayıt Texnologiyalar Parkı birgə müəssisə yaratdı

19/02/2020
SOCAR və Sumqayıt Texnologiyalar Parkı birgə müəssisə yaratdı
3
BAXIŞ
Share on FacebookShare on Twitter

Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Sumqayıt Texnologiyalar Parkı (STP) arasında birgə müəssisənin yaradılmasına dair müqavilə imzalanıb.

“Report”un SOCAR-a istinadən verdiyi məlumata görə, ”SOCAR-STP” adlanan yeni birgə müəssisə MDB regionunun ən böyük mexaniki avadanlıq emalatxanası və ağır kranlar zavodunu əhatə edən istehsalatı idarə edəcək.

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin iştirakı ilə keçirilmiş mərasimdə müqaviləni STP-nin baş direktoru Emin Məmmədov və SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov imzalayıblar.

Birgə müəssisənin yaradılması Azərbaycanın qlobal brendi olan SOCAR və ölkənin ən iri sənaye komplekslərindən Sumqayıt Texnologiyalar Parkı arasında neft-qaz hasilatı sektorunda maddi-texniki bazanın daha da təkmilləşdirilməsi, mütərəqqi texnologiyaların tətbiqi, texniki xidmət və mütəxəssis mübadiləsinin təminatı üzrə əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi məqsədini daşıyır. Birgə müəssisə beynəlxalq standartlara cavab verən yerli istehsal gücünü artırmağı, MDB miqyasında və hətta daha geniş miqyasda neft-qaz-mədən avadanlıqları və texnologiyalara dair xidmətlər təklif edən aparıcı və rəqabətədavamlı şirkətə çevrilməyi hədəfləyir.

Yeni birgə müəssisənin əsas gücü hazırkı bazar tələblərinə uyğun olan peşəkar və təcrübəli texniki heyətin, sənaye səriştəliklərinin və müasir avadanlığın bir yerdə cəmləşdirilməsidir.

”SOCAR-STP”nin əsas fəaliyyəti qazma ləvazimatları, quyu tamamlanması, quyuiçi əməliyyatlar, fırlanan və təzyiq altında olan avadanlıq, fontan armaturu, APS (Advanced Parts Solution), ağır kranlar üçün texniki xidmət və təmir işlərini həyata keçirməkdən ibarət olacaq.

SOCAR-ın prezidenti R.Abdullayev imzalanma mərasimində bildirib ki, yeni müəssisə mühəndislik və maşınqayırma sahələrinin simbiozu üçün şərait yaradır. Yeni müəssisədən əsas gözlənti yüksək keyfiyyətlə və rəqabətli şəkildə fəaliyyət göstərməklə açıq tenderlərdə uğur qazanması, həm Azərbaycan, həm də digər bazarlarda rəqabətli şirkətə çevrilməkdir. Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi yeni yaradılan şirkətin əsas prioriteti olacaq.

Xatırladaq ki, ötən il dekabrın 10-da “Energy Forward” tədbiri zamanı SOCAR ilə STP arasında əməkdaşlığa dair ilkin anlaşma memorandumu imzalanmışdı və onun davamı olaraq bu gün birgə müəssisə yaradılıb.

report.az

Tags: SOCARSTP

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.