Bazar ertəsi, Oktyabr 5, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR bu ildən iki boru kəmərinin kommersiya operatoru olacaq

05/02/2020
SOCAR-ın 2020-ci ildə dövlət büdcəsinin gəlirlərindəki payı məlum olub
13
BAXIŞ
Share on FacebookShare on Twitter

Bu ildən həm Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri, həm də Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin kommersiya operatoru Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olacaq.

“Report” xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev gənclərlə görüşdə məlumat verib.

O, şirkətin dayanıqlı inkişaf strategiyasından danışaraq xatırladıb ki, Dövlət Neft Şirkətini beynəlxalq şirkətə çevirməklə bağlı Azərbaycan Prezidentinin tapşırığından sonra ilk növbədə strategiya hazırlanmağa başlanıb və 2006-ci ildə bu strateji hədəflər hazırlanıb.

Onun sözlərinə görə, ilkin olaraq geologiya, geofizika, axtarış sahələrində böyük şirkətlərlə birgə müəssisələr yaradılıb, kadrlar hazırlanmağa başlanılıb: “İndi deyə bilərəm ki, bu işləri yüksək səviyyədə özümüz həyata keçiririk. İkinci, hədəfimiz qazma ilə bağlı idi. Bizim “Azneft” İstehsalat Birliyinin tərkibində bir Qazma Trestimiz var idi. Biz müasir, dünya səviyyəli qazma şirkətlərini cəlb etməklə rəqabətli bir neçə qazma şirkətini ala bildik, CDC (“Caspian Drilling Company”- REP.) şirkətinin bütün paylarını aldıq. Sonradan xarici tərəfdaşlarla birlikdə “SOCAR AQŞ” şirkətini yaratdıq. Xarici mütəxəssisləri cəlb etməklə rəqabətədavamlı qazma şirkətləri yarada bilmişik. Bu gün biz ən ağır, ən mürəkkəb quyuları qazmağa qadirik”.

SOCAR-ın prezidenti tikinti sahəsində “Azfen”, “BOS-Şelf” kimi mükəmməl tikinti şirkətləri yaratdıqlarını qeyd edib. O bildirib ki, AÇG yatağının işlənməsində, “Çıraq” platformasının tikintisində, “Şahdəniz” layihəsinin platformalarında  tikinti işlərinin 95%-nin Azərbaycanda həyata keçirməyə nail olunub. R.Abdullayev AÇG-nin işlənməsi çərçivəsində yeni platformanın (“Mərkəzi-Şərqi-Azəri”) tikintisinin 100% Azərbaycan şirkətləri tərəfindən həyata keçiriləcəyini bildirib.

Şirkətin prezidenti hasilatın stabil saxlanılması istiqamətindəki görülən işlərdən də danışıb.

“Bilirsiniz ki, hasilatı stabil saxlamaq üçün çoxlu işlər görüldü. “Azneft” İstehsalat Birliyində islahatlar keçirildi. Deyərdim ki, indi biz dünyanın ən qədim yataqlarında stabil neft-qaz istehsalını həyata keçiririk. Bizim əsas strategiyamız dəyər zəncirini böyütməkdir”, – R.Abdullayev əlavə edib.

SOCAR-ın prezidenti şirkətin beynəlxalq fəaliyyətindən də danışaraq xatırladıb ki, ilkin olaraq biznes fəaliyyətinə Gürcüstanda başlanıb: “Türkiyə əsas bazarımızdır. Türkiyədə “Petkim”, STAR strategiyamızın bir xəttidir. Biz 2007-ci ildə “SOCAR Trading” şirkətini yarada bildik və onun gördüyü işlər nəticəsindəAzərbaycan dövlətinə 1,5-1,7 mlrd. ABŞ dolları məbləğində  əlavə gəlir gətirmişik”.

Tags: Bakı-Tbilisi-Ceyhan kəməriBakı-Tbilisi-ƏrzurumSOCAR

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.