Bazar, Dekabr 14, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR-ın Daxili Təqaüdünü qazanmış tələbələr təltif olunub

19/11/2018
SOCAR-ın Daxili Təqaüdünü qazanmış tələbələr təltif olunub
6
BAXIŞ
Share on FacebookShare on Twitter

SOCAR-ın baş ofisində Azərbaycan Dövlət Neft Şirkətinin Azərbaycan gənclərinin inkişafı üçün həyata keçirdiyi Daxili Təqaüd Proqramı layihəsinin qaliblərinə plastik kartların verilməsi mərasimi keçiriib.

SOCAR-dan Caspian Barrel-ə verilən məlumata görə, mərasimdə şirkətin prezidenti Rövnəq Abdullayev, təhsil nazirinin müavini Firudin Qurbanov, şirkət rəhbərliyinin nümayəndələri, ölkəmizdə fəaliyyət göstərən ali təhsil ocaqlarının rektorları iştirak ediblər.

Tədbir SOCAR-ın gənclər siyasətinə həsr edilmiş filmin nümayişi ilə başlayıb.

SOCAR 2005-ci ildən etibarən, Azərbaycanda gənc mütəxəssislərin təhsil və inkişafına töhfə olaraq, Daxili Təqaüd Proqramını həyata keçirir. Bu müddət ərzində proqram üzrə 23 mindən çox müraciət olub, onlardan 2065 tələbə SOCAR-ın təqaüdünü qazanıb. 2017-2018-ci illər üzrə Daxili təqaüd Proqramına müraciət edən 1900-ə yaxın tələbədən 77-si uğur qazana biliblər.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: “Gələcəkdə bizi texnoloji cəhətdən daha mürəkkəb, böyük elm tutumlu işlər gözləyir. Bu ildən Azərbaycan və Türkiyədə əsas layihələrimizin başa çatması SOCAR-da bacarıqlı və müasir təfəkkürlü gənc mütəxəssislərə ehtiyacı daha da artırır. Biz gənc mütəxəssislərlə fəal əməkdaşlıq etməkdə maraqlıyıq və onları bu konsepsiyanın dayaq sütünu kimi görürük. Bu istiqamətdə həyata keçirdiyimiz bütün işlər, müxtəlif təqaüd proqramları, təlim və təcrübə kursları məhz gənclərin inkişafımızın mühərrikinə çevrilməsinə xidmət göstərir.”

Tədbirdə Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, AMEA-nın Neft Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov çıxış edib, SOCAR-ın təqaüd proqramlarının bu sahədə oxuyan gənclər üçün xüsusi stimul verdiyini qeyd ediblər.

Daxili Təqaüd Proqramının qalibi olmuş gənclər adından çıxış edənlər SOCAR-ın Təqaüd Proqramlarının tələbələr arasında böyük rəğbət qazandığını qeyd edib, yaradılan şəraitə görə SOCAR rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, SOCAR Daxili Təqaüd proqramı ilə yanaşı 2006-cı ildən etibarən Xarici Təqaüd Proqramı, 2010-cu ildən isə tələbələrin neft-qaz sənayesi üzrə təcrübi biliklərinin artırılması üçün “Ödənişli Yay Təcrübəsi” Proqramını və Ödənişsiz İstehsalat Təcrübəsini həyata keçirir. Şirkətin Heydər Əliyev Fondu ilə birlikdə həyata keçirdiyi layihəsi çərçivəsində uşaq evlərində tərbiyə almış 100-ə yaxın gənc SOCAR-ın təlim mərkəzlərində müxtəlif peşələrə yiyələnərək, şirkətin strukturlarında işlə təmin olunmuşlar. SOCAR tərəfindən gənc kadrlar üçün sosial güzəştlər sistemi işlənib hazırlanıb: həm xarici, həm daxili Təqaüd Proqramlarının iştirakçıları, eləcə də uşaq evlərində böyümüş gənclər işə qəbul olunduqdan sonra onların güzəştli şərtlərlə, ipoteka kreditləri hesabına mənzillə təmin edilməsi üçün imkan yaradılır.

Tags: SOCARTəqaüd proqramı

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
SOCAR launches first fast charging station for electric trucks in Switzerland
Azərbaycan

SOCAR son 8 ilin ən yüksək BB reytinqini əldə edib

16/11/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Azərbaycan

Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…

14/12/2025
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
İran

Çinin İran neftinə qayıdışının mənası

13/12/2025
Azərbaycan

“Fitch” SGC-nin 2029-cu ilədək qaz nəqlindən gözləndiyi gəlirləri açıqlayıb

08/12/2025
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
Azərbaycan

SOCAR: Gələn il “Abşeron” yatağı ilə bağlı investisiya qərarı veriləcək

28/11/2025
İlham Şaban: Azərbaycan Türkiyəyə qaz ixracını artıra bilərmi?
Azərbaycan

Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb

28/11/2025
Azərbaycan

BP “Qarabağ” yatağının işlənilməsinə dair planlarını açıqlayıb

28/11/2025
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.