Çərşənbə axşamı, May 20, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

STAR zavoduna ilk xam neft yükü çatdırılıb

03/08/2018
STAR zavoduna ilk xam neft yükü çatdırılıb
0
BAXIŞ
Share on FacebookShare on Twitter

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində inşa olunan STAR Neft Emalı Zavodunda (NEZ) emal olunmaq üçün ilk xammal qəbul olunub.

“Caspian Barrel” “SOCAR Turkey Enerji”-yə istinadən xəbər verir ki, STAR zavodu üçün “Absheron” adlı tankerlə 80 min ton həcmində “Azeri Light” markalı ilk xam neft yükü çatdırılıb.

Fəaliyyətə başlama ərəfəsində olan zavodda oktyabr ayına qədər sınaq məqsədi ilə emal həyata keçiriləcək:

“SOCAR tərəfindən 6,3 mlrd. dollarlıq investisiya ilə qurulan STAR NEZ Türkiyədə özəl sektor tərəfindən həyata keçirilən ən böyük investisiya olmaqdadır və avqust ayı etibarı ilə zavodda ilk test emalı həyata keçirilməyə başlanıb. STAR NEZ-in fəaliyyətə başlamadan əvvəl vacib mərhələlərindən biri sayılan sınaq fəaliyyəti məqsədi ilə 80 min tonluq ilk xam neft  244 metr uzunluğundakı “Absheron” tankeri ilə gətirilib. Bu ilk xam neft  SOCAR-ın vətəni Azərbaycandan gələn “AzeriLight” markalı neftdir”,- “SOCAR Turkey Enerji A. Ş.”dən bildirilib.

İlk xam neftin gəlişi münasibəti ilə təşkil olunan tədbirdə çıxış edən “SOCAR Turkey Enerji A.Ş.”nin baş direktoru Zaur Qəhrəmanov bu ilin IV rübündə fəaliyyətə başlayacaq zavodun sınaq fəaliyyətinin uğurla davam etdiyini qeyd edib. “STAR NEZ-in ilk neftinin “AzeriLight” markalı neft olmağı bizim üçün böyük məna ifadə edir. “SOCAR Turkey” olaraq Türkiyənin ən böyük sənaye qrupu olmaq istiqamətində hər ötən il sürətlə irəliləyərkən strateji investisiyalarımızla ölkə iqtisadiyyatına və sənayesinə güç qatmağa davam edəcəyik. Yerli istehsalı artıran, idxalata bağlılığı və cari kəsiri azaldan, yeni iş yerləri yaradan sərmayələrimizi qarşıdakı illərdə də genişlədəcəyik”,-Z. Qəhrəmanov qeyd edib.

SOCAR-ın strateji böyümə trendləri arasında xarici bazarlardakı investisyaların genişləndirilməsinin önəmli yer tutduğunu qeyd edən Z. Qəhrəmanov bildirib ki, dünya enerji bazarında əmin addımlarla irəliləyən SOCAR bir çox ölkədə fəaliyyətlərini davam etdirir: “Bu ölkələr arasında Türkiyə bizim üçün çox önəmli  yerə sahibdir. SOCAR olaraq Azərbaycan və Türkiyə iqtisadiyyatlarının inkişafına dəstək verməyə davam edəcəyik. Bu çərçivədə Türkiyə dövləti ilə həyata keçirdiyimiz əməkdaşlıq bizim üçün böyük önəm və məna ifadə etməkdədir. Fürsətdən istifadə edərək Türkiyə və Azərbaycan hökümətlərinə də təşəkkürlərimi bildirirəm”.

“STAR Rafineri A.Ş.”nin baş direktoru Mesut İlter bildirib ki, Avropa, Orta Şərq və Afrikanı əhatə edən, bölgədəki ən böyük neft emalı zavodlarından biri olan STAR NEZ-də fəaliyyətə başlamadan əvvəl ən vacib məqamlardan biri sayılan sınaq fəaliyyəti üçün ilk neftin Azərbaycandan gəlməyinin iki qardaş ölkə arasındakı bu tarixi əməkdaşlığın bir nümunəsidir:

“Müəssisələrimizdə istismaravermə hazırlıqları və sınaq işlərindən sonra ilk testimizi də reallaşdırma mərhələsinə gəldik. Hədəfimiz, STAR NEZ-i planlaşdırdığımız kimi bu ilin üçüncü rübündə etibarlı bir şəkildə tamamlayaraq fəaliyyətə başlamağını təmin etmək, eyni zamanda Azərbaycan və Türkiyə iqtisadiyyatlarına dəyər qatmaqdır”. STAR NEZ-in iqtisadiyyatın vacib dinamikalarından biri olacağını ifadə edən M.İlter bildirib ki, Türkiyəninin ilk Strateji Yatırım Təşviq Sənədinə sahib olan STAR NEZ Türkiyədə cari kəsirin azalmağına hər il 1,5 mlrd. dollarlıq töhvə verəcək:

“İlk elektrik enerjisinin verilməsindən – 2017-ci ilin avqust ayından bugünə böyük  əzm və qərarlılıqla fəaliyyət göstəririk. Artıq istehsaldan əvvəl son mərhələdəyik. Türkiyə və Azərbaycan iqtisadiyyatlarına böyük dəyər qatacaq istehsal əməliyyatına ilk xam neftin nəqli ilə başlamış oluruq. Bu, bizim üçün böyük  qürur qaynağıdır. 4,8 mln. ton dizel yanacağı ve 1,6 mln. ton nafta ilə bərabər ölkəmizdəki cari kəsirin önəmli hissələrindən olan təyyarə yanacağı və LPG kimi neft məhsullarının istehsalını da reallaşdıracaq olan STAR NEZ ilə Türkiyənin global enerji bazarında rəqabət gücü də artacaq”.

“SOCAR Turkey”in hədəfləri arasında böyük önəmə sahib olan neft-emalı və neft-kimya inteqrasyasını təmin edəcək və qrup şirkətlərindən biri olan və Türkiyənin ilk neft-kimya təsisi “Petkim”in xammaddə ehtiyacının tamamına yaxınını təmin edəcək STAR NEZ yeni iş yerlərinin açılmasına da töhfə verəcək. Layihənin həyata keçirilmə müddətində 19 500 içşi sayına sahib zavod, İstehsala başladığında 1 100 nəfərlik yeni iş yeri təmin edəcək.

Tags: SOCARSOCAR Turkey Enerji A.Ş.”nin baş direktoru Zaur Qəhrəmanov“Star” neft emalı zavodu

Eyni kateqoriyadan Digər materiallar

Azerbaijan, China sign six docs on construction of new renewable energy capacity
Azərbaycan

Azərbaycan Çin şirkətləri ilə “yaşıl enerji” üzrə 6 sənəd imzalayıb

27/04/2025
SOCAR 2023-cü ilin maliyyə göstəricilərini açıqlayıb
Azərbaycan

SOCAR İsraildə kəşfiyyat işləri aparmaq üçün lisenziyalar alıb

17/03/2025
SOCAR və ADB birgə layihələrin icrasına dair məsələləri müzakirə edib
Azərbaycan

SOCAR və ADB birgə layihələrin icrasına dair məsələləri müzakirə edib

17/02/2025
Bu il Azərbaycanın ixrac etdiyi təbii qazın həcmi açıqlanıb
Azərbaycan

Son bir ildə Azərbaycanda qaz hasilatı 1,8 mlrd kubmetr artıb

11/12/2024
Нефтегазовые доходы бюджета РФ в январе—апреле выросли на 82%
Azərbaycan

Azərbaycan 11 ayda 26,5 mln ton neft hasil edib

11/12/2024
SOCAR Yaponiya şirkəti ilə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb
Azərbaycan

SOCAR Yaponiya şirkəti ilə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

05/12/2024
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Avropaya 4 milyard kubmetr qaz ixrac edib

14/05/2025
Azərbaycan

GL Group-un uğurlu fəaliyyəti Milli Məclisin diqqət mərkəzindədir

07/05/2025
Azərbaycan

Azərbaycanda qazlaşma səviyyəsi 97 %-ə çatıb

29/04/2025
Azərbaycan

ARDNF I rübdə “Şahdəniz”in işlənməsindən gəlirlərini 36 %-dən çox artırıb

27/04/2025
Azərbaycan

bp “Şahdəniz” layihəsinə xərclənən vəsaiti açıqladı

27/04/2025
Maraqlı Xəbərlər

“OPEC+” neft hasilatı planına düzəliş edəcək

27/04/2025
Azərbaycan

Azərbaycan Çin şirkətləri ilə “yaşıl enerji” üzrə 6 sənəd imzalayıb

27/04/2025
Azərbaycan

“Yanacaq və elektrik doldurma məntəqələri. Layihələndirmə normaları” təsdiqlənib

09/04/2025
Azərbaycan

GL Group Azərbaycanda quruda ilk horizontal quyunun qazılmasına start verib

04/04/2025
Azərbaycan

SOCAR İsraildə kəşfiyyat işləri aparmaq üçün lisenziyalar alıb

17/03/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.