“Brent” markalı neftin bir barelinin maksimum qiyməti $78,39 olub.
Caspian Barrel London İCE birjasının məlumatlarına əsasən bildirir ki, mayın 24-də Bakı vaxtı ilə saat 18:49-da “Brent” markalı neftin dəyəri $78,06 olmaqla yeni qiymət həddinə qədəm qoydu. Saat 23.09 radələrində qiymət həddi maksimal göstərici olaraq $78,39-a qədər yüksələ bildi.
Birjada neftin qiymətlərində dəyişkənlik həddən artıq yüksəkdir, bu da daxil olan xəbərlərin ziddiyətliyi, bazara təsir edən həssas siyasi xəbərlərin həddən artıq çoxluğu ilə əlaqədardır. Elə buna görə də əgər saat 22.10-da “Brent” markalı neftin qiyməti gözlənilmədən $77.97-yə qədər ucuzlaşdısa, ancaq 15 dəqiqə sonra $78,26-ya qədər artıb.
Qeyd edək ki, 2014-cü il noyabrın 26-dan sonra ilk dəfədir “Brent” markalı neftin qiyməti bu həddi keçib.