Cümə axşamı, Fevral 12, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR Bolqarıstanın qazlaşdırılmasında iştirak imkanlarını Sofiyada müzakirə edib

05/04/2018
1
BAXIŞ
Share on FacebookShare on Twitter

SOCAR Bolqarıstanın qazlaşdırılmasında iştirak imkanlarını Sofiyada müzakirə edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstanın Baş naziri Boyko Borisov arasında Bolqarıstanın qazlaşdırılması proqramında SOCAR-ın mümkün iştirakının araşdırılmasına dair əldə edilmiş razılaşmaya əsasən, SOCAR-ın rəhbər şəxslərindən ibarət nümayəndə heyəti Bolqarıstanın əlaqədar qurumları ilə müzakirələr aparmaq məqsədilə Sofiya şəhərinə səfər edib.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətinin ilk görüşü Bolqarıstanın energetika naziri xanım Temenujka Petkova ilə olub. Xanım Petkova SOCAR-a Bolqarıstanın qazlaşdırılmasında iştirak etmək perspektivi ilə bağlı hökumətin mümkün dəstəyini ifadə edib. SOCAR prezidentinin müşaviri, “SOCAR Balkans” şirkətinin icraçı direktoru Murad Heydərov öz növbəsində “Cənub Qaz Dəhlizi” layihəsinin icrasında cari vəziyyət barədə məlumat verib. Daha sonra, ICGB şirkətinin icraçı direktoru Teodora Georgiyeva Yunanıstan-Bolqarıstan İnterkonnektoru layihəsi, Bulgartransqaz şirkətinin icraçı direktoru Vladimir Malinov isə qaz infrastrukturun inkişafı proqramı çərçivəsində həyata keçirilən layihələr barədə məlumat veriblər. Daha sonra mütəxəssislər arasında müzakirələr aparılıb.

SOCAR nümayəndə heyəti ilə Bolqarıstan Su və Enerji məsələləri üzrə Tənzimləyici Orqanı arasında görüş keçirilib. Tənzimləyici Orqanın İdarə Heyətinin sədri professor İvan İvanov və idarə heyətinin digər üzvləri Tənzimləyici Orqanın fəaliyyət istiqamətləri, Bolqarıstanın qaz sektorunda mövcud qanunvericilik və tənzimləyici aktlar barəsində məlumat veriblər. SOCAR nümayəndə heyətinin müvafiq sorğularının cavablandırılması məqsədilə qazpaylayıcı sistemin inkişafı ətrafında mövcud lisenziya məsələləri, hüquqi və maliyyə aspektləri və texniki tələblər barəsində geniş tərkibdə müzakirələr aparılıb. Gələcəkdə tərəflər arasında bu istiqamətlərdə danışıqların davam etdirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, 2 qitə və 6 ölkə üzərindən inşa edilən Cənub Qaz Dəhlizi meqalayihəsinin 3 seqmenti – “Şahdəniz” qaz yatağının işlənməsinin ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi və TANAP layihəsinin Türkiyəyədək olan hissəsi artıq bu ildə başa çatdırılacaq. 2020-ci ildən etibarən Cənub Qaz Dəhlizinin dördüncü seqmenti olan TAP boru kəməri ilk qaz həcmlərini Avropa ölkələrin bazarlarına çatdıracaq. “Şahdəniz” yatağında əldə edilən qazın bir qismi, zəmanət əsasında Azərbaycanın daxili tələbatına yönləndiriləcək. İldə 6 milyard kubmetr qazın Türkiyə bazarına, 10 milyard kubmetr qazın isə Avropa bazarına satışı nəzərdə tutulur. Cənub Qaz Dəhlizi üzrə nəql edilməsi nəzərdə tutulan təbii qazın bir hissəsinin Balkan ölkələrinin bazarlarında da reallaşdırılması üçün həmin ölkələrdə qazpaylayıcı şəbəkələrin inkişaf etdirilməsi istiqamətində layihələndirmə işləri aparılır.

Tags: Boyko BorisovBulgargazİlham ƏliyevSOCAR

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.