SOCAR 2017-ci ildə Bakı-Novorossiysk kəməri ilə neft nəqlini 15% artırıb
SOCAR 2017-ci ildə Bakı-Novorossiysk neft kəməri ilə 1 mln. 498,1 min ton neft ixrac edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Ötən il SOCAR şirkətinin Bakı-Novorossiysk neft kəməri ilə neft nəqlinin həcmi 2016-cı ilin 1 mln. 299 min ton səviyyəsində göstəricisinə qarşı 1 mln. 498,1 min ton təşkil edib. Beləliklə, 2016-cı illə müqayisədə nəqlin artımı 15,3% təşkil edib”, – hökumətdən qeyd ediblər.
2017-ci ildə Rusiyanın “Transneft” şirkəti və SOCAR arasında müqavilə Bakı-Novorossiysk boru kəməri ilə 1,5 mln. ton Azərbaycan neftinin nəqlini nəzərdə tutur. Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk kəməri ilə nəql edir.