Brent”in qiyməti 2015-ci ildən indiyədək ilk dəfə 68 dollar/barreli ötüb.
AZƏRTAC xəbər verir ki, “Brent” markalı neftin bir barrelinin qiyməti 2,1 faiz artaraq 2015-ci ildən bu vaxtadək ilk dəfə 68 dolları keçib. Hazırda “Brent” nefti Londonun ICE birjasında 68,19 dollar/barreldən alıcı axtarır.
“Brent”in qiyməti sonuncu dəfə 2015-ci il mayın 13-də 68 dollar/barreldən baha satılıb.