Cümə axşamı, May 7, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR və “Petrofac” birgə müəssisə yaradır

08/12/2017
SOCAR və “Petrofac” birgə müəssisə yaradır
15
BAXIŞ
Share on FacebookShare on Twitter

SOCAR və Britaniyanın “Petrofac” şirkəti birgə müəssisə yaradıb.

“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin “SOCAR-Petrofac” birgə müəssisəsinin təqdimat mərasimindən verdiyi xəbərə görə, tərəflər artıq təsis müqaviləsi imzalayıblar.

“Birgə müəssisədə SOCAR-ın səhm payı 51%, “Petrofac” şirkətinin payı isə 49% nisbətində müəyyən edilib. Onun yaradılmasında məqsəd hər iki şirkətin öz imkanlarından istifadə edərək neftçilərin bilik və bacarıqlarının inkişafına dəstək verməkdir. Yeni şirkət Azərbaycanda və digər ölkələrdə həyata keçirilən enerji layihələri üçün əməkdaşların təkmil və müasir proqramlar əsasında təlimi üzrə xidmətlər göstərəcək”, – deyə “Petrofac” şirkətinin beynəlxalq injinirinq və istehsalat təlimi üzrə qlobal rəhbəri Karim Osserian qeyd edib.

SOCAR-ın məlumatına görə, treninqlər neft şirkətinin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin infrastrukturundan istifadə olunmaqla təşkil ediləcək.

SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov çıxışında bildirib ki, birgə müəssisənin yaradılması vaxtında atılmış çox mühüm addımdır. “Hazırlıq sahəsində xidmətlər göstərən məşhur “Petrofac” şirkəti ilə əməkdaşlıq həm SOCAR, həm də bütövlükdə sənaye üçün səmərəli və faydalı olacaq. Müəssisənin fəaliyyəti milli kadrların hazırlanmasına, gələcəkdə isə regionun kadr potensialının artırılmasına yönəldiləcək”, – deyə o vurğulayıb.

İnterfax.az

 

Tags: Karim OsserianSOCARSOCAR-PetrofacTədris və Sertifikatlaşdırma İdarəsiTəlim

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.