Qazaxıstan Xəzəryanı çökəklikdə böyük dərinlikdə quyunun qazılmasını nəzərdə tutan “Avrasiya” layihəsinin detallarını 2018-ci ildə elan edəcək
Bu barədə Qazaxıstanın energetika naziri Kanat Bozumbayev Bakıda jurnalistlərə məlumat verib.
«”Rosneft”, CNPC, SOCAR, ENI kimi bir sıra aparıcı şirkətlər bu layihəyə maraq göstərdiklərini bildiriblər. Bundan başqa, bəzi Qərb şirkətləri bu layihənin reallaşdırılmasında iştirak etmək istəyir. Biz konsorsium yaratmaq barədə razılığa gəlmişik və yaxın bir neçə ay ərzində bu məsələyə yekun vuracaq, 2018-ci ildə isə layihənin detallarını müzakirə edəcəyik», – deyə nazir “İnterfaks-Azərbaycan” agentliyinin sualına cavabında bildirib.
O vurğulayıb ki, Xəzəryanı çökəklikdə 5000 metrdən çox dərinlikdə karbohidrogen ehtiyatları var. Karbohidrat ehtiyatları 40 mlrd. ton neft ekvivalentində qiymətləndirilir.