Bazar, Noyabr 16, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Şahdəniz 2 üçün ikinci üst tikililəri dənizdə quraşdırılıb

11/12/2017
SOCAR to build new platform for Banka Darvina field
0
BAXIŞ
Share on FacebookShare on Twitter

Şahdəniz-2 layihəsi üçün inşa olunan ikinci üst tikililər, yəni Hasilat və Dikborular (HDB) platformasının üst tikililəri dənizə yola salınaraq, dənizdə öz yerinə quraşdırılıb.

“Caspian Barrel”-ə Şahdəniz konsorsiumudan verilən məlumata görə, bundan əvvəl isə, iyun ayının əvvəllərində Yaşayış Blokları və Texnoloji Təchizat (YBTT) platformasının üst tikililəri təhlükəsiz qaydada və müvəffəqiyyətlə dənizə yola salınaraq öz yerinə quraşdırılmışdı.

Tikintisi qrafiki qabaqlayaraq başa çatdırılmış HDB platformasının üst tikililəri 15 sentyabr tarixində Bibiheybətdəki Azfen tikinti-quraşdırma sahəsindən Xəzər dənizindəki Şahdəniz Kontrakt sahəsinə yola salınıb. Bundan əvvəl, üst tikililər 6 avqust 2017-ci il tarixində tikinti-quraşdırma sahəsinin yanalma körpüsündəki yükləmə çərçivəsinə qaldırılıb və 9 sentyabr tarixində isə dənizə yola salınmağa hazırlıq məqsədilə STB-1 daşıma barjına yüklənib.

Üst tikililərinin vahid bir konstruksiya kimi daşınması, sürüşdürmə üsulu ilə dayaq blokunun üzərinə yerləşdirilməsi, montajı və quraşdırılması işləri diqqətlə planlaşdırılmış və 6 gün ərzində tamamlanmışdır. Üst tikililər suyun 94 metr dərinliyində artıq öz yerində olan HDB dayaq blokunun üzərinə quraşdırılıb.

HDB platformasının üst tikililərinin çəkisi təxminən 15800 ton təşkil edir və onun uzunluğu 100 metr, eni isə 60 metrdir. Bu konstruksiya 133 metr uzunluğunda olan məşəl oxundan, 10 axın xətti qəbuletmə qurğusundan, beş hasilat separatorundan, iki buxarlanan qazlar kompressorundan və üç hasilatın ixracı xəttindən ibarətdir.

AMEK-Tekfen-Azfen (ATA) konsorsiumu tərəfindən inşa edilmiş HDB platformasının üst tikililəri Azfen tikinti-quraşdırma sahəsində yerli infrastrukturdan və obyektlərdən istifadə etməklə bütövlüklə ölkə daxilində tikilib. Bu konstruksiyanın tikinti işlərinə subpodratçılar və ixtisaslaşmış təchizatçılar da daxil olmaqla 5000 nəfərdən çox insan cəlb edilib və bu işçi qüvvəsinin təxminən 90%-i Azərbaycan vətəndaşları olub.

BP-nin layihələr üzrə vitse-prezidenti Yuan Dramond: “HDB platformasının üst tikililərinin dənizə yola salınması və dənizdə təhlükəsiz şəkildə quraşdırılması layihə üçün çox mühüm mərhələdir, belə ki, bununla dəniz qurğularının hazırlanması işləri başa çatır. Biz nəhəng Şahdəniz Mərhələ 2 layihəsinin tamamlanmasına və növbəti ildə ilk qazın çatdırılmasına dəstək olmaq üçün dənizdə yekun quraşdırma işlərinin təhlükəsiz şəkildə və vaxtında yerinə yetirilməsindən məmnunluq duyuruq. Məmnuniyyətlə qeyd etməliyəm ki, layihə qrafikə tam uyğun şəkildə və planlaşdırılmış büdcədən az məsrəflə irəliləyir. Bu mərhələyə əməyin təhlükəsizliyi üzrə yüksək göstəricilərlə çatmaq  üçün öz zəhmətini əsirgəməmiş hər kəsə təşəkkürümü bildirmək istəyirəm.”

Tags: ATABPŞahdəniz-2

Eyni kateqoriyadan Digər materiallar

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır
Azərbaycan

BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır

04/06/2025
Contract signed on selling Total’s share in Shah Deniz project
Azərbaycan

bp “Şahdəniz” layihəsinə xərclənən vəsaiti açıqladı

27/04/2025
“BP-Azərbaycan”da nə qədər yerli vətəndaş çalışır?
Azərbaycan

“Şahdəniz Kompressiya” layihəsi üzrə Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədi

30/01/2025
KİV: BP bərpa olunan enerji mənbələrinin tətbiqini ləngidir
Maraqlı Xəbərlər

KİV: BP bərpa olunan enerji mənbələrinin tətbiqini ləngidir

27/06/2024
BP Bakı Mühəndislik Universitetində İKT üzrə yeni laboratoriya açıb
Azərbaycan

BP Bakı Mühəndislik Universitetində İKT üzrə yeni laboratoriya açıb

03/05/2024
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Vakansiya

International Company is looking for a Crane Operator

06/11/2025
Azərbaycan

Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”

03/11/2025
Azərbaycan

BƏƏ şirkəti “Cənub Qaz Dəhlizi”ndə pay əldə edib

03/11/2025
Azərbaycan

İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək

03/11/2025
Vakansiya

Socar Cape is looking for a Head of Operations

06/11/2025
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
Azərbaycan

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb

09/09/2025
Azərbaycan

“Özbəkneftqaz” və SOCAR sentyabrda Özbəkistandakı layihə üçün operatorun qeydiyyat prosesini tamamlayacaqlar

09/09/2025
Azərbaycan

SOCAR ilə Qətərin “UCC Holdinq”i arasında çoxşahəli əməkdaşlıq əlaqələri qurulur

09/09/2025
Azərbaycan

ABŞ-da GL Group-un süni intellektin seysmik tədqiqatlarda tətbiqinə dair Azərbaycanda inkişaf etdirdiyi layihəsinin təqdimatı olub

09/09/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.