Şənbə, Noyabr 15, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Əliyev OPEC-in Vyana görüşündə iştirak edəcək

11/12/2017
Əliyev OPEC-in Vyana görüşündə iştirak edəcək
2
BAXIŞ
Share on FacebookShare on Twitter

Azərbaycan Respublikası Prezidentinin razılığı ilə energetika naziri Natiq Əliyev 23-25 may 2017-ci il tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edəcək.

Caspian Barrel AR energetika nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Natiq Əliyev Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin birgə iştirakı ilə Vyanada keçiriləcək Nazirlər Şurasının 172-ci iclasında Azərbaycanı təmsil edəcək.

Eyni zamanda, Azərbaycanın neftin qiymətinin sabitləşdirilməsi məramlı tədbirlərdə yaxından iştirakının əhəmiyyətini, bu tədbirlərdə aparıcı rol oynamasını nəzərə alaraq, OPEC-in baş katibi Mohammad Sanusi Barkindo, eləcə də OPEC və qeyri-OPEC Nazirlərinin Birgə Monitorinq Komitəsinin rəhbəri, Küveytin neft naziri Əssam əl-Marzuk Natiq Əliyevlə görüşməyi təklif ediblər.

OPEC-in Nazirlər Şurasının iclasında Vyanada Monitorinq Komitəsinin hasilatın azaldılması ilə bağlı öhdəliklərinin icrasının neft bazarına təsiri, enerji bazarında müşahidə olunan tendensiyalar və iqtisadi inkişaf tempinin təhlili əsasında hazırlanmış hesabatı açıqlanacaq. İlin ikinci yarısı üçün Sazişin müddətinin uzadılması, yaxud digər hansısa bir qərarın qəbulu məhz bu hesabatın nəticələrinə əsasən müəyyənləşəcək.

Energetika naziri Natiq Əliyev hesab edir ki, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin 10 dekabr 2016-cı il tarixində Vyanada neft hasilatının azaldılması ilə bağlı əldə etdiyi razılaşma tarixi bir qərar olub.

“Neft hasil və ixrac edən ölkələrin dünya neft bazarında payından və çəkisindən asılı olmayaraq  ilk dəfə olaraq nümayiş etdirdiyi  yekdil mövqe ilin birinci yarısı üçün nəzərdə tutulan Sazişin  uğurlu nəticəsini təmin etmiş oldu. Neft bazarında və neftin qiymətində müşahidə olunan sabitləşmə prosesi, öhdəliklərin icrası OPEC və qeyri-OPEC ölkələrinin birgə qərarının işləkliyini sübut etməklə bərabər, 5 ay bundan əvvəl dünya enerji bazarını saran problemdən çıxış metodunun da düzgün seçildiyini, hasilatın azaldılması qərarının özünü doğrultduğunu bir daha təsdiqləyir. Vyana sazişinin nəticələrinin davamlı olmasına ehtiyac var. Bu məqsədlə bütün neft hasil edən ölkələrin bu prosesdə fəal iştirakı, ümumi mənafe naminə birgə hərəkət etməsi vacibdir. Azərbaycan  neft hasilatının azaldılması barədə razılaşmanı imzalayan tərəf kimi bundan sonra da neft bazarında qiymət sabitliyinin davamlı olması üçün növbəti addımları atmağa hazırdır”- deyə Natiq Əliyev bildirib.

Xatırladaq ki, cari ilin yanvar ayından etibarən, Azərbaycan ölkədə hasilatı nəinki sutkada 35 min barrel azaltmaqla müvafiq öhdəliyinə uyğunlaşdırıb, hətta kvotadan da artıq azalmaya nail olub. Rəqəmlərə istinad etsək, görərik ki, respublika üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barrel, fevral ayında 776,4 min barrel, mart ayında 733,3 min barrel, aprel ayında 781,1 min barrel olub. OPEC və qeyri-OPEC ölkələrinin nazirlərindən ibarət Birgə Monitorinq Komitəsi Azərbaycanı bu prosesdə aparıcı ölkə kimi qiymətləndirib.

Tags: Azərbaycan neftibarelNatiq ƏliyevОПЕК

Eyni kateqoriyadan Digər materiallar

Macarıstan şirkətləri Azərbaycan neftinin Ceyhandan idxalına başladılar
Azərbaycan

Macarıstan şirkətləri Azərbaycan neftinin Ceyhandan idxalına başladılar

30/06/2025
OPEC: Azərbaycan enerji üzrə konstruktiv dialoqun qlobal mərkəzinə çevrilib
Azərbaycan

OPEC: Azərbaycan enerji üzrə konstruktiv dialoqun qlobal mərkəzinə çevrilib

10/03/2025
Нефтегазовые доходы бюджета РФ в январе—апреле выросли на 82%
Azərbaycan

Azərbaycan 11 ayda 26,5 mln ton neft hasil edib

11/12/2024
Azərbaycanda 2027-ci ilə qədər neft-qaz hasilatı ilə bağlı proqnozlar açıqlanıb
Azərbaycan

Azərbaycanda 2027-ci ilə qədər neft-qaz hasilatı ilə bağlı proqnozlar açıqlanıb

10/06/2024
Qazaxıstan neftinin Azərbaycandan nəql edilməsi üzrə Hökumətlərarası Komissiyanın tərkibi təsdiq edilib
Azərbaycan

Yanvar-fevral aylarında BTC ilə neft ixracı 2,6% artıb

27/03/2024
İlham Əliyev: Azərbaycan nefti inkişafa çevirib
Azərbaycan

İlham Əliyev: Azərbaycan nefti inkişafa çevirib

04/03/2024
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Vakansiya

International Company is looking for a Crane Operator

06/11/2025
Azərbaycan

Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”

03/11/2025
Azərbaycan

BƏƏ şirkəti “Cənub Qaz Dəhlizi”ndə pay əldə edib

03/11/2025
Azərbaycan

İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək

03/11/2025
Vakansiya

Socar Cape is looking for a Head of Operations

06/11/2025
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
Azərbaycan

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb

09/09/2025
Azərbaycan

“Özbəkneftqaz” və SOCAR sentyabrda Özbəkistandakı layihə üçün operatorun qeydiyyat prosesini tamamlayacaqlar

09/09/2025
Azərbaycan

SOCAR ilə Qətərin “UCC Holdinq”i arasında çoxşahəli əməkdaşlıq əlaqələri qurulur

09/09/2025
Azərbaycan

ABŞ-da GL Group-un süni intellektin seysmik tədqiqatlarda tətbiqinə dair Azərbaycanda inkişaf etdirdiyi layihəsinin təqdimatı olub

09/09/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.