logo

Bu il Azərbaycan neftin 1 barelini neçədən ixrac edib?

Views: 56

Dövlət Gömrük Komitəsinin məlumatları əsasında “Caspian Barrel” hesablayıb ki, cari ilin 10 ayının yekunları üzrə Azərbaycan xam nefti və kondensatı xarici bazarlarda orta hesabla hər barel üçün $83,66-dan satıb.

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən 22 milyon 268 min 796,3 ton neft ixrac edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 1,8% azdır.

Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Hesabat dövründə Azərbaycandan $13 milyard 785 milyon 636,21 min dəyərində (azalma 19,8%) neft ixrac edilib.

2023-cü ilin yanvar-oktyabr aylarında ixracın ümumi strukturunda neftin payı 46,98% (2022-ci ilin müvafiq dövründə 49,49%) təşkil edib.

Hesabat dövründə 22 ölkə Azərbaycan neftinin alıcısı olub.