Bazar ertəsi, Aprel 13, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Səudiyyənin energetika naziri İlham Əliyevə hədiyyə etdi

26/04/2017
Səudiyyənin energetika naziri İlham Əliyevə hədiyyə etdi
9
BAXIŞ
Share on FacebookShare on Twitter
Bu gün Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falihin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərini və bu səfər zamanı İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud və digər rəhbər şəxslərlə səmərəli görüşlərini məmnunluqla xatırladı.

Nazir Xalid Əbdüləziz Əl Falih ilə bu il Davosda keçirdikləri görüşü də xatırlayan dövlətimizin başçısı onun ölkəmizə səfərinin Azərbaycanla daha yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığını bildirdi.

Ölkələrimiz arasında ikitərəfli münasibətlərin çox yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev əlaqələrimizin getdikcə daha da möhkəmləndiyini vurğuladı, mövcud əməkdaşlığımızın davam etdirilməsinin vacibliyini qeyd etdi. Dövlətimizin başçısı ölkəmizin ikitərəfli əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsində maraqlı olduğunu dedi. Siyasi əlaqələrimizin çox yüksək səviyyədə olduğunu bildirən Prezident İlham Əliyev bu imkandan istifadə edərək ölkələrimiz arasında iqtisadi sahədə mövcud olan əməkdaşlığın inkişaf etdirilməsinin, qarşılıqlı ticarət və qarşılıqlı ixracın artırılmasının zəruriliyini vurğuladı. Enerji ehtiyatlarının işlənilməsi, neft və qazın emalı, neft-kimya sahəsində əməkdaşlığımızın əhəmiyyətini qeyd edən dövlətimizin başçısı bu sahələrdə Azərbaycanın əldə etdiyi uğurlardan danışdı, dünyada sənaye üsulu ilə ilk neft quyusunun məhz Azərbaycanda qazıldığını, ölkələrimizin bu sahədə zəngin təcrübəsinin olduğunu bildirdi. Prezident İlham Əliyev nümayəndə heyətinin sabah Səngəçal terminalı və buradakı layihələrin bir qismi ilə tanışlığının önəmini qeyd etdi, Xalid Əbdüləziz Əl Falihin Azərbaycana səfərinin enerji sahəsində əməkdaşlığımızın inkişafında yeni dinamika yaradacağına ümidvar olduğunu bildirdi.

Səudiyyə Ərəbistanı naziri  Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun salamlarını Prezident İlham Əliyevə çatdırdı, Səudiyyə Ərəbistanı xalqının Prezident İlham Əliyevə, Azərbaycan hökuməti və xalqına ehtiramını ifadə etdi. Qonaq bildirdi ki, o, Azərbaycan kimi gözəl bir ölkəyə səfər etməsindən məmnunluq duyur.

Xalid Əbdüləziz Əl Falih ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dərin və qədim köklərə malik olduğunu, mədəni əməkdaşlığımızın uzun əsrlərdən bəri davam etdiyini vurğuladı, bu əməkdaşlığımızın Prezident İlham Əliyevin rəhbərliyi altında daha da genişləndirildiyini qeyd etdi. Səudiyyə Ərəbistanı Krallığının Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu vurğulayan Xalid Əbdüləziz Əl Falih ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd edilməsindən məmnunluğunu ifadə etdi. O, Səudiyyə Ərəbistanının Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini, ötən illər ərzində ölkələrimizin möhkəm əməkdaşlıq əlaqələri qurduğunu və bir-birini hər zaman dəstəklədiklərini qeyd etdi.

Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Kəbənin üz örtüyünün tərtibatının bir fraqmentini Prezident İlham Əliyevə hədiyyə etdi.

www.president.az

Tags: energetika naziriİlham ƏliyevSəudiyyəXalid Əbdüləziz

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək
Azərbaycan

İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək

03/11/2025
Сдан в эксплуатацию танкер “Зангилан”
Azərbaycan

“Zəngilan” tankeri istismara verilib

02/07/2024
Prezident Azərbaycanda üç elektrik stansiyasının təməlqoyma mərasimində iştirak edib
Azərbaycan

Prezident Azərbaycanda üç elektrik stansiyasının təməlqoyma mərasimində iştirak edib

04/06/2024
Pərviz Şahbazov BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb
Azərbaycan

Pərviz Şahbazov BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb

17/04/2024
İlham Əliyev: Azərbaycan nefti inkişafa çevirib
Azərbaycan

İlham Əliyev: Azərbaycan nefti inkişafa çevirib

04/03/2024
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.