Cümə axşamı, Yanvar 22, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Prezident külək elektrik stansiyasının tikintisinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb

Nazirlər Kabinetinə tapşırılıb ki, bu sənədləri imzalayıb Azərbaycan Prezidentinə təqdim etsin

20/02/2024
Neft-kimya sənayesinin strateji inkişafı barədə təkliflər hazırlayan Komissiyanın tərkibi dəyişib
27
BAXIŞ
Share on FacebookShare on Twitter

Prezident İlham Əliyev qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının (KES) tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncama əsasən, Nazirlər Kabineti tikinti ilə əlaqədar “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin, “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş Enerji alqı-satqı müqaviləsi”nin, “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş Ötürücü şəbəkəyə qoşulma müqaviləsi”nin, “Torpaq icarə müqavilələrinin” və bu müqavilələrlə nəzərdə tutulmuş “Birbaşa razılaşma”ların və “Müstəqil mühəndis müqaviləsi”nin imzalanması ilə bağlı zəruri tədbirlər görməli, Azərbaycan Hökuməti adından imzalanmış müvafiq müqavilələri təsdiq üçün dövlət başçısına təqdim etməli, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Energetika Nazirliyi və “Azərenerji” ASC ilə birlikdə investisiya müqaviləsində və enerji alqı-satqı müqaviləsində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi üçün zəruri tədbirlər görülməsini təmin etməli, aidiyyəti qurumlarla birlikdə layihənin həyata keçirildiyi ərazidə zəruri xarici və daxili infrastrukturun təkmilləşdirilməsi, külək elektrik stansiyasının “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş Enerji alqı-satqı müqaviləsi” və “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş Ötürücü şəbəkəyə qoşulma müqaviləsi”nə uyğun olaraq, nəzərdə tutulan müddətdə və parametrlərlə ötürücü şəbəkəyə qoşulması, layihənin vaxtlı-vaxtında həyata keçirilməsini təmin etmək üçün tələb edilən digər inzibati və texniki məsələlərin icrası istiqamətində tədbirlər görülməsini təmin etməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

“Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş Enerji alqı-satqı müqaviləsi”ndə nəzərdə tutulan daxili elektrik yarımstansiyası tikildikdən və quşların mühafizəsi sistemi quraşdırıldıqdan sonra “Azərenerji” ASC onu “ACWA Power Azerbaijan Renewable Energy” MMC-yə icarəyə verəcək.

Caspian Barrel xatırladır ki, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti hazırda Azərbaycanda gücü 240 MVt olan “Xızı-Abşeron” külək stansiyasının tikintisi layihəsini həyata keçirir.

Külək elektrik stansiyasının təməlqoyma mərasimi 2022-ci il yanvarın 13-də baş tutub.

Layihə çərçivəsində hər birinin gücü 6 MVt olan 40 turbin quraşdırılacaq. Bunlardan 17 külək turbininin Abşeron rayonunun Pirəküşkül qəsəbəsi yaxınlığında, 23-ü isə Xızı rayonunun Sitalçay kəndində quraşdırılacaq.

Layihənin dəyəri 348 milyon dollar qiymətləndirilir. Elektrik stansiyası ildə 220 milyon kubmetr qaza qənaət etməklə 1 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edə biləcək.

Stansiyanın istifadəyə verilməsi 2025-ci ilə planlaşdırılır.

Tags: ACWA Powerİlham ƏliyevKülək elektrik stansiyasıSərəncam

Eyni kateqoriyadan Digər materiallar

İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək
Azərbaycan

İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək

03/11/2025
Сдан в эксплуатацию танкер “Зангилан”
Azərbaycan

“Zəngilan” tankeri istismara verilib

02/07/2024
Prezident Azərbaycanda üç elektrik stansiyasının təməlqoyma mərasimində iştirak edib
Azərbaycan

Prezident Azərbaycanda üç elektrik stansiyasının təməlqoyma mərasimində iştirak edib

04/06/2024
İlham Əliyev: Azərbaycan nefti inkişafa çevirib
Azərbaycan

İlham Əliyev: Azərbaycan nefti inkişafa çevirib

04/03/2024
Fransa Qazaxıstanda nəhəng külək elektrik stansiyası tikəcək
Qazaxıstan

Fransa Qazaxıstanda nəhəng külək elektrik stansiyası tikəcək

03/11/2023
Əliyev: Azərbaycan qazının Avropaya nəqlinin iki dəfə artırılması planları realdır
Azərbaycan

Əliyev: Azərbaycan qazının Avropaya nəqlinin iki dəfə artırılması planları realdır

03/05/2023
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.