SOCAR “Günəşli” yatağında 3 quyunu əsaslı təmirdən sonra istismara verib. Bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.
28 nömrəli quyu 19 saylı dərin dəniz özülündə, 288 nömrəli quyu 8 saylı dərin dəniz özülündə, 352 nömrəli quyu isə 13 saylı dərin dəniz özülündə qazılıb.
Quyular ümumilikdə sutkalıq 150 ton neft və 100 000 kubmetr qaz hasilatı ilə istismara daxil edilib.
İstismar işləri Birliyin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.