logo

Brent $115-dan baha qiymətə satılmağa başladı

Views: 150

Dünya bazarında neftin qiyməti yüksəlir, ticarət məlumatlarına görə, Brent markalı neftin qiyməti martın 28-dən bəri ilk dəfə olaraq bir barel üçün 115 dollardan baha qiymətə satılıb.

London birjasında bu güngünkü hərraclarda Brent markalı neftin ən baha partiyası bir barel üçün 115 dollar 49 sentə satılıb. Bakı vaxtı ilə saat 14:48-də Brent 115 dollar 23 sentə ticarət edilirdi.

Qiymətlərin bazar ertəsindən artımı Avropa İttifaqı ilə Rusiya arasında yaşanan gərginlikdən qaynaqlanır. Almaniya bəyan edib ki, Aİ-nın hansı qərar verməsindən asılı olmayaraq ilin sonuna qədər Rusiya enerji resurslarından azad olma xətti siyasətini reallaşdırmağa çalışacaq.

Caspian Barrel

0

Your Cart