Azərbaycan yanvar-iyun aylarında Türkmənistandan 30 min tona yaxın neft idxal edib
Azərbaycan 2021-ci ilin I yarısında Türkmənistandan 29 min 850,19 ton neft idxal edib ki, bu da 2020-ci ilin birinci yarısı ilə müqayisədə 2,7 dəfə azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Cari ilin yanvar-iyun aylarında Türkmənistandan $14 milyon 224,62 min dəyərində neft (azalma 2 dəfə – İF) idxal edilib.
I yarımillikdə Azərbaycana neft idxalı yalnız Türkmənistandan həyata keçirilib.
2020-ci ildə Azərbaycan Türkmənistandan $58 milyon 668,33 min dəyərində 180 min 569,8 ton neft idxal edib.