Hazırda ölkədə manatın iki dəyəi var: əsmi və “qara bazar” məzənnəsi
1 noyabr arixində Türkmənistanın milli valyutası olan manatın müstəqillik illərində dövriyyəyə buaxılmsının 27 ili tamam oldu.
Bu münasibətlə 31 oktyabr tarixində Aşqabaddakı Türkmənistan Dövlət İqtisadiyyat və İdarəetmə İnstitutunda bank rəhbərlərinin, ali təhsil ocaqlarının professorlarının və Elmlər Akademiyası nümayəndələrinin iştirakı ilə konfrans keçirilib.
Natiqlər aparılan bank islahatlarının uğurlu olduğunu qeyd etdilər və əlverişli investisiya mühitinin formalaşdırılmasından danışıblar. Konfrans iştirakçıları Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və İslam İnkişaf Bankı ilə əməkdaşlığın intensivləşdirilməsinin də vacib olduğunu qeyd ediblər.
Vuğulanıb ki, gələcəkdə Türkmənistan əmanətçilərin və investorların etibar səviyyəsini artırmaq və maraqlarını qorumaq üçün maliyyə sahəsində işləri gücləndirməyi planlaşdırır.
Bu arada, noyabrın 2-də “qara bazar” da dolların dəyəri 24,3 manata çatıb, dövlətin təyin etdiyi rəsmi məzənnə isə 1 dollar üçün 3,5 manat olaraq qalır.
Türkmənistan Mərkəzi Bankının 1 ABŞ dolları üçün 3,5 manat səviyyəsində təyin etdiyi rəsmi xarici valyuta məzənnəsi 2015-ci ildən bəri dəyişməz olaraq qalır.
Türkmənistandakı “qara bazarda” dolların məzənnəsinin tarixi maksimumu isə 2018-ci ilin iyun ayının əvvəllərində müşahidə olunmuşdu – Amerika dolları 30 manata saılıdı.
Qeyd edək ki, ölkədə sərbəst nağd valyuta mübadiləsi 2016-cı ilin yanvarından bəri qadağan edilib.