logo

“Qalkınış” yatağının növbəti quyusundan güclü qaz axını əldə edildi

Views: 146

“Türkmənqaz” Dövlət konserni “Qalkınış” yatağının işlənməsi zamanı 301 saylı quyudan gündəlik olaraq 1,868 milyon kubmetr təbii qaz axını almağa nail olub.

Caspian Barrel Türkmənistanın neft-qaz kompleksinin elektron məcmuəsinə istinadən xəbər verir ki, qazın sənaye axını 4496-4342 metr dərinlikdə əldə edilib.

Qeyd edək ki, 2019-cu ilin əvvəlindən bu yana “Qalkınış” blokunda “Türkmənqaz”ın əldə etdiyi ilk uğur deyil. Əvvəllər məlumat verildiyi kimi, cari ilin yanvar ayında yataqda qazılan 262 nömrəli quyudan gündəlik olaraq 1,94 milyon kubmetr təbii qaz hasil edilmişdi.

Hal-hazırda, “Türkmənqazqazma” İdarəsinin əməkdaşları “Qalkınış” yatağında eyni zamanda səkkiz digər quyularda qazma işlərini davam etdirirlər. Qazma işlərində məqsəd hasilat qaz quyularının sayını artırmaqdır ki, bunların sayəsində Türkmənistaın qaz ixracının stabilliyinə və artım tempinə nail olunsun.

“Qalkınış” bloku Türkmənistanın cənub-şərqində yerləşir və 3 böyük qaz yatağlndan – Cənubi Yolatan, Osman və Yaşlardan, həmçinin 7 kiçik qaz yatağından – Minara, Yolatan, Şərqi Yolatan, Şabasan, Qərbi Yandğlı, Curdi və Qaragöl yataqlarından ibarətdir.

0

Your Cart