logo

SOCAR qaz yataqlarının işlənməsi üçün subsidiya alacaq

Views: 48

SOCAR 2018-ci ildə bir sıra yataqlarda qazma işlərinin aparılması və qaz idxalı ilə əlaqədar yaranmış zərərin ödənilməsi üçün dövlət büdcəsindən 963,2 mln. manat alacaq.

Bunu maliyyə naziri Samir Şərifov deyib. “2018-ci il dövlət büdcəsində dəyişikliklərə əsasən, SOCAR-a 963,2 mln. manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulur”, – deyə o, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2018-ci il dövlət büdcəsinə dəyişikliklər layihəsinin müzakirəsi zamanı bildirib.

Nazirin sözlərinə görə, SOCAR tərəfindən bəzi neft yataqları (“Ümid”, “Qarabağ” və “Babək” yataqları) üzrə qazma işlərinin aparılması məqsədi ilə dövlət dəstəyi olaraq SOCAR-ın nizamnamə kapitalının artırılması üçün 663,2 mln. manat və idxal olunan təbii qazın “Azərenerji” ASC-yə müqavilə dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin örtülməsi üçün şirkətə 300 mln. manat ayrılacaq.

S.Şərifov əlavə edib ki, “Azərenerji” ASC-yə də dövlət büdcəsindən81 mln.manat ayrılacaq. Bu vəsait modul tipli elektrik stansiyalarının tikintisinə yönəldiləcək”, – deyə o vurğulayıb.

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart