Maraqlı Xəbərlər

İonik-Adriatik Boru Kəmərinin layihələndirilməsi üçün yeni şirkət təsis ediləcək

Albaniyanın “Albgaz”, Monteneqronun “Monteneqro Bonus” və Xorvatiyanın “Plinacro” şirkətləri İonik-Adriatik Boru Kəmərinin (İAP) layihələndirilməsi üçün yeni şirkət təsis edəcək.

Bu barədə SOCAR-ın məlumatında deyilir.

“Bu şirkətlər arasında İAP layihələndirmə şirkətinin təsis olunmasına dair niyyət məktubu fevralın 15-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında imzalanıb”, – deyə məlumatda bildirilir.

 

 

Interfax.az