Çərşənbə axşamı, Mart 10, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR Albaniyada ilkin mühəndislik dizayn xidmətləri göstərəcək

16/02/2018
SOCAR Albaniyada ilkin mühəndislik dizayn xidmətləri göstərəcək
11
BAXIŞ
Share on FacebookShare on Twitter

Cənub Qaz Dəhlizinə birləşəcək əlavə boru kəmərlərinin layihələndirilməsi ilə bağlı sənədlər imzalanıb

SOCAR Albaniyada ilkin mühəndislik dizayn xidmətləri göstərəcək. Cənub Qaz Dəhlizinə birləşəcək İonik-Adriatik Boru Kəmərinin (IAP) layihələndirilməsi üçün yeni şirkətin təsis olunması barədə razılıq əldə edilib.

SOCAR-dan AZƏRTAC-a verilən məlumata görə, Bakıda, Heydər Əliyev Mərkəzində SOCAR ilə Albaniyanın “Albgaz” şirkəti, habelə Monteneqro, Xorvatiya və Albaniyanın qazpaylayıcı şirkətləri arasında Cənub Qaz Dəhlizinə birləşdiriləcək yeni boru kəmərlərinin layihələndirilməsi ilə bağlı iki sənəd imzalanıb. Sənədlərin imzalanma mərasimi Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı zamanı keçirilib.

Cənub Qaz Dəhlizindən təbii qazın Albaniya ərazisində paylanması üçün Albaniyanın Fier-Vlora şəhərləri arasında planlaşdırılan yeni boru kəmərinin İlkin Detallı Layihələndirilməsi (FEED) “SOCAR Balkan” şirkəti tərəfindən həyata keçiriləcək. Bununla da SOCAR, ilk dəfə olaraq, Balkan ölkələrində mühəndislik xidmətlərini icra edəcək. Fier və Vlora şəhərləri arasında planlaşdırılan boru kəmərinin layihələndirilməsinə dair niyyət məktubunu “SOCAR Balkan” şirkətinin icraçı direktoru, SOCAR-ın prezidentinin müşaviri Murad Heydərov və “Albgaz” şirkətinin icraçı direktoru Gençi Gyeçi imzalayıblar.

Qeyd edək ki, 2014-cü ildə Azərbaycan və Albaniya arasında Hökumətlərarası Anlaşma Memorandumu imzalanıb, Albaniyanın qazlaşdırılması üzrə Əsas Planın işlənməsinə start verilib. Həmin dövrdən indiyədək Avropa İttifaqı, Enerji Cəmiyyəti, İsveçrə Hökuməti, TAP və “Enagas” şirkəti kimi digər maraqlı tərəflərlə yanaşı SOCAR-ın yüzfaizli törəmə şirkəti olan “SOCAR Balkan” şirkəti Albaniyanın qazlaşdırılması planında əsasən məsləhətçi qismində iştirak edir, həmçinin Balkan ölkələrində Azərbaycanın qaz ixrac strategiyasının tətbiqi istiqamətində işlər aparır. 2017-ci ilin yanvar ayında Albaniyanın qazlaşdırılmasına dair aparılmış texniki-iqtisadi əsaslandırmanın nəticəsində Fier və Vlora şəhərləri arasında qaz boru kəmərinin inşa edilməsinin zərurət olduğu müəyyənləşdirilib. Kəmər Fier şəhərinin yaxınlığında TAP-ın çıxış nöqtəsi olan kompressor stansiyasını Vlora şəhərində yerləşən qaz zavodu ilə birləşdirəcək. Boru kəmərinin uzunluğu təxminən 40 kilometr, illik ötürücü gücü ilkin olaraq 1 milyard kubmetr təşkil edəcək.

Digər imzalanan niyyət məktubu İonik-Adriatik Boru Kəmərinin layihələndirilməsi üçün yeni bir şirkətin təsis edilməsi ilə bağlıdır. SOCAR-ın texniki məsləhətçi qismində dəstəklədiyi IAP layihəsi TAP boru kəmərini Xorvatiyanın qazpaylayıcı sistemi ilə calaşdıraraq, Cənubi-Şərqi və Mərkəzi-Şərqi Avropa istiqamətlərində təbii qazın ötürülməsi üçün şərait yaradacaq. İnşası Xorvatiya ərazisində 249 kilometr, Monteneqroda 95 kilometr, Albaniyada isə 167 kilometr uzunluğunda planlaşdırılan IAP layihəsi Balkan ölkələrinə ümumilikdə 5 milyard kubmetr həcmində təbii qaz nəqli üçün şərait yaradacaq. IAP layihələndirmə şirkətinin təsis olunmasına dair niyyət məktubunu Albaniyanın “Albgaz” şirkətinin icraçı direktoru Gençi Gjeçi, Monteneqronun “Monteneqro Bonus” şirkətinin icraçı direktoru Aleksandr Kaçelan və Xorvatiyanın “Plinacro” şirkətinin idarə heyətinin üzvü Daria Kristiçeviç imzalayıblar.

“SOCAR Balkan” şirkətinin icraçı direktoru, SOCAR-ın prezidentinin müşaviri Murad Heydərov deyib: “Bir çox Avropa İttifaqı və Balkan ölkələri öz daxili enerji təminatında təbii qazın payını artırmağa, Cənub Qaz Dəhlizi timsalında Azərbaycanla əməkdaşlıq etməyə maraq göstərirlər. Bu həm də ona görədir ki, təbii qaz ətraf mühit üçün ən zərərsiz karbohidrogen yanacaq növüdür. Bu marağın reallaşması üçün həmin ölkələrdə mövcud olmayan və ya hələ lazımi səviyyədə inkişaf etdirilməmiş qaz infrastrukturunun inşası və genişləndirilməsi tələb olunur. Bu gün təməli qoyulan bu layihələr Azərbaycan qazının ixrac istiqamətlərini şaxələndirərək, həm Azərbaycanın kommersiya maraqlarına, həm də idxalçı ölkələrin enerji təhlükəsizliyinə xidmət edəcək”.

IAP layihəsi Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP boru kəmərindən təbii qazın Balkan ölkələrinin ərazisi üzrə Avropanın müxtəlif ölkələrinə paylanması məqsədi ilə həyata keçirilir. Fier-Vlora boru kəməri isə Albaniyanın qazlaşdırılması çərçivəsində planlaşdırılır. Cənub Qaz Dəhlizi 3 min 500 kilometr uzunluğunda olan, iki qitə və 6 ölkə üzərindən təbii qazın Avropaya qədər nəqlinə imkan verən unikal meqalayihədir. Cənub Qaz Dəhlizi dörd əsas hissədən- “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP boru kəmərlərinin inşasından ibarətdir. SOCAR Cənub Qaz Dəhlizinin bütün həlqələrində Azərbaycan dövlətini təmsil edir. “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi və TANAP layihələri artıq bu il başa çatdırılaraq, istismara veriləcək.

Tags: AlbgazCənub Qaz Dəhlizi Məşvərət ŞurasıŞahdənizSOCAR Balkan

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Цена газа в Европе превысила $1900/тыс. куб. м
Azərbaycan

I yarımildə “Şahdəniz”in işlənməsindən dövlət nə qazanıb?

23/07/2025
In 2023, condensate production at “Shah Deniz” field decreased by 2.8%
Azərbaycan

ARDNF I rübdə “Şahdəniz”in işlənməsindən gəlirlərini 36 %-dən çox artırıb

27/04/2025
Contract signed on selling Total’s share in Shah Deniz project
Azərbaycan

bp “Şahdəniz” layihəsinə xərclənən vəsaiti açıqladı

27/04/2025
“Dərinsulu Günəşli” hasilat platforması planlı profilaktika üçün dayandırılıb – BP
Azərbaycan

“Şahdəniz”də yeni platformanın tikinti layihəsi ictimaiyyətin müzakirəsinə çıxarılır

17/02/2025
“BP-Azərbaycan”da nə qədər yerli vətəndaş çalışır?
Azərbaycan

“Şahdəniz Kompressiya” layihəsi üzrə Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədi

30/01/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.