Çərşənbə axşamı, Fevral 10, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Ekspert: “IAP-ın tikintisi ilə bağlı məsələ qeyri-müəyyəndir”

27/07/2021
Ekspert: “IAP-ın tikintisi ilə bağlı məsələ qeyri-müəyyəndir”
5
BAXIŞ
Share on FacebookShare on Twitter

Azərbaycan qazının Cənub-Şərqi Avropada bir neçə ölkəyə nəqlini nəzərdə tutan İon-Adriatik Boru Kəmərinin (IAP) tikintisi ilə bağlı məsələ qeyri-müəyyəndir.

Bu barədə “Report”a neft-qaz sektorunda çalışan ekspert bildirib.

“2017-ci ilin fevral ayında Azərbaycan Dövlət Neft Şirkətinin təşəbbüsü ilə bu layihənin digər iştirakçılarını layihə şirkətinin yaradılması ilə bağlı məktub yazmağa nail olunub. Sonradan Bakıda tərəflər layihə şirkətinin yaradılması ilə bağlı saziş məktubu imzalayıblar. Hazırda 4 ildir ki, onlar bu layihə şirkətinin yaratmağa çalışırlar, hələ də yaratmayıblar”, – deyə ekspert bildirib.

Onun sözlərinə görə, təbii ki, layihə şirkəti olmadan da layihənin icra və tikintisinin yekunlaşması müddəti ilə bağlı danışmağa dəyməz: “Heç boru kəmərinin texniki layihələndirmə dizaynı da yekunlaşmayıb. İAP layihəsinin texniki dizaynı ancaq boru kəmərinin Xorvatiyadan keçən hissəsində hazırdır. Digər hissəsində isə işlər hələ də yekunlaşmayıb”.

O qeyd edib ki, bu layihədə maliyyələşdirmə, qazın alıcısının kim olacağı məsələlərini həll etmək lazımdır: “Bundan başqa, burada bu qazın bazarını, təbii qazın mənbələrini müəyyən etmək lazımdır. Təbii ki, Avropa Komissiyası bu gecikmələrə çox sərt reaksiya verib və İAP-ı Avropanın prioritet layihələri siyasınından çıxarıb. Azərbaycan tərəfi İAP-ı ərsəyə gəlməsi üçün əlindən gələni etdi. 2015-16-cı illərdə onları bir araya yığıb masa ərtafında oturtdu, tərəflərə konsepsiyanın qurulmasına yardımçı oldu, koordinasiya qurumunun yaradılmasına dəstək oldu. Hətta orada müşahidəçi də oldu. Daha sonra isə onlara cari məsələləri həll edə biləcək layihə şirkətinin yaradılmasını məsləhət görüldü”.

Mütəxəssis qeyd edib ki, İAP boru kəmərinin maliyyələşdirilməsi ilə də bağlı problemlər yarana bilər: “Birinci səbəb, bir daha deyirəm, İAP-ın Avropanın prioritet layihələri siyahısına daxil edilməməsidir. İkincisi, ümumilikdə Avropa strukturlarının təbii qaz da daxil olmaqla, təbii sərvətlərlə bağlı layihələrə zəmanət verməmələridir. Çünki, bu ölkələr daha çox mayeləşdirilimiş təbii qaza (LNG) daha çox üstünlük verirlər. Xorvatiyada Krk yarımadasında LNG-terminalının inşasından sonra bu cür layihələr olduqca böyük uğur qazanmış olublar. Bunun üçün də burada nəzərə alınacaq xeyli faktorlar spektri mövcuddur”.

Ancaq ümumilikdə o düşünür ki, bu layihənin maliyyələşdirilməsindən öncə təşkilatı məsələləri həll etmək lazımdır.

Qeyd edək ki, IAP Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdirilmək üçün nəzərdə tutulub. IAP Xorvatiya ərazisində 249 km, Monteneqroda 95 km, Albaniyada 167 km, Bosniya və Herseqovinada isə 22 km boyunca uzanacaq. Boru kəmərinin ötürücülük gücünün illik 5 mlrd. kubmetr olması nəzərdə tutulur. Beləliklə, 530 km uzunluğunda olacaq boru kəməri Albaniya, Monteneqro, Bosniya və Herseqovinadan keçəcək və Xorvatiyada başa çatacaq. İlkin məlumatlara görə, layihə 610 milyon avro qiymətləndirilir.

2016-cı ilin avqust ayında SOCAR, Xorvatiya, Albaniya, Bosniya və Herseqovina və Monteneqro arasında IAP-ın inşasına dair Anlaşma Memorandumu imzalanıb

Tags: İAPTAP

Eyni kateqoriyadan Digər materiallar

Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
2026-cı ilə qədər TAP qaz kəmərinin emissiyaları 5% azaldılacaq
Azərbaycan

2026-cı ilə qədər TAP qaz kəmərinin emissiyaları 5% azaldılacaq

21/05/2025
Швейцарская AXPO выходит из проекта TAP
Maraqlı Xəbərlər

“TAP Italia” Ekoloji İdarəetmə və Audit Sistemi sertifikatını əldə edib

24/02/2025
TAP-ın buraxıcılıq gücü 2026-cı ildən daha 1,2 milyard kubmetr genişləndiriləcək
Azərbaycan

TAP-ın buraxıcılıq gücü 2026-cı ildən daha 1,2 milyard kubmetr genişləndiriləcək

29/02/2024
Швейцарская AXPO выходит из проекта TAP
Maraqlı Xəbərlər

TAP konsorsiumu İtaliyaya qaz tədarüklərinin həcmini açıqlayıb

30/01/2024
Maraqlı Xəbərlər

TAP qaz kəmərinin genişləndirilməsi işləri başlayır

27/09/2023
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.