Şənbə, Noyabr 8, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR Albaniyadakı boru kəməri üçün layihələndirmə işlərinin planlanması istiqamətində çalışır

26/10/2018
TAP Deal: Does European Union, Azerbaijan Agreement Undermine Russian Energy Plans?
1
BAXIŞ
Share on FacebookShare on Twitter

SOCAR Albaniyanın Fier və Vlora şəhərləri arasında planlaşdırılan yeni boru kəməri layihəsi üçün layihələndirmə işlərinin planlanması istiqamətində çalışır.

Bu sözləri AZƏRTAC-a SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

SOCAR rəsmisi bildirib: “Azərbaycan və Albaniya arasında Albaniyanın qazlaşdırılmasının baş planının işlənməsi üzrə əməkdaşlığa dair Hökumətlərarası Anlaşma Memorandumu 2014-cü ildə imzalanıb. Memorandum 2015-ci ildə ratifikasiya olunub. Həmin dövrdən indiyədək SOCAR özünün 100 faiz törəmə şirkəti olan “SOCAR Balkan” vasitəsilə digər maraqlı tərəflər olan Avropa İttifaqı, Enerji Cəmiyyəti, İsveçrə Hökuməti, TAP və “Enagás” şirkəti ilə birlikdə Albaniyanın qazlaşdırılması baş planı prosesində aktiv şəkildə iştirak edir. Bu prosesdə “SOCAR Balkan”ın əsas rolu məsləhət və əlaqələndirmənin təminidir. Qərbi Balkan Sərmayə Çərçivə (WBIF) (Avropa İttifaqının sponsorluq etdiyi) proqramı tərəfindən maliyyələşdirilən texniki-iqtisadi əsaslandırma 2017-ci ilin yanvar ayında başa çatıb.

Təhlil müəyyən edib ki, öndə gələn əsas infrastruktur layihəsi Fier şəhəri ətrafında kompressor stansiyasındakı TAP-ın çıxış nöqtəsi ilə Vlora şəhərindəki qaz zavodu arasında qaz kəməridir. Boru kəmərinin uzunluğu təxminən 40 kilometr, ilkin həcmi illik 1 milyard kubmetr, təxmini dəyəri isə 27-33 milyon avro təşkil edir. Fier-Vlora layihəsi üçün genişhəcmli texniki-iqtisadi əsaslandırma (TİƏ) işləri İsveçrə Hökumətinin maliyyə dəstəyi vasitəsilə “IMPaC” mühəndislik şirkəti tərəfindən yerinə yetirilir, bu ilin IV rübündə başa çatması və təsdiqlənməsi planlaşdırılır”.

“SOCAR Azərbaycan və Albaniya arasında Albaniyanın qazlaşdırılmasının baş planının işlənməsi üzrə əməkdaşlığa dair Hökumətlərarası Anlaşma Memorandumu çərçivəsində Fier-Vlora boru kəməri layihəsi üçün İlkin Detallı Layihələndirilməsi (FEED) işlərinin planlanması istiqamətində çalışır. Bu məqsədlə, 2017-ci ilin dekabr ayında SOCAR mütəxəssislərindən ibarət nümayəndə heyəti Albaniyanın Tirana şəhərinə səfər edib, müvafiq olaraq Energetika Nazirliyi, “Albgaz”, TAP-ın Albaniya ofisi və “Rolan Berger” (Albaniya hökumətinin Qazlaşdırma Baş Planı üzrə Strateji Məsləhətçi şirkəti) ilə görüşlər keçirib. Görüşlər zamanı, ümumi işlərin texniki tərəfləri və o cümlədən layihədən gözləntilər, cari texniki-iqtisadi əsaslandırma işlərinin tərkibi və mövcud vəziyyəti və ehtimal olunan bitmə vaxtı ətrafında müzakirələr aparılıb.

Hazırda texniki-iqtisadi əsaslandırma sənədinin tamamlanması planlaşdırılır və bundan sonra FEED işlərinin həcmi, təqvim planı müəyyənləşdiriləcək. Bununla bağlı olaraq, bu ilin fevralında Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı zamanı FEED işlərinin görülməsinə dair “SOCAR Balkan” və “Albgaz” arasında niyyət məktubu imzalanıb”, – deyə İ.Əhmədov əlavə edib.

Tags: AlbgazSOCAR BalkanSOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov

Eyni kateqoriyadan Digər materiallar

SOCAR-ın Albaniyada ilkin mühəndislik dizayn xidmətləri göstərməsi işi yubanır
Azərbaycan

SOCAR-ın Albaniyada ilkin mühəndislik dizayn xidmətləri göstərməsi işi yubanır

01/06/2018
SOCAR Bolqarıstanın qazpaylayıcı şəbəkəsinə sərmayə qoymağa maraq göstərir
Azərbaycan

SOCAR Bolqarıstanın qazpaylayıcı şəbəkəsinə sərmayə qoymağa maraq göstərir

04/04/2018
İonik-Adriatik Boru Kəmərinin layihələndirilməsi üçün yeni şirkət təsis ediləcək
Maraqlı Xəbərlər

İonik-Adriatik Boru Kəmərinin layihələndirilməsi üçün yeni şirkət təsis ediləcək

16/02/2018
SOCAR Albaniyada ilkin mühəndislik dizayn xidmətləri göstərəcək
Azərbaycan

SOCAR Albaniyada ilkin mühəndislik dizayn xidmətləri göstərəcək

16/02/2018
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Vakansiya

International Company is looking for a Crane Operator

06/11/2025
Azərbaycan

Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”

03/11/2025
Azərbaycan

BƏƏ şirkəti “Cənub Qaz Dəhlizi”ndə pay əldə edib

03/11/2025
Azərbaycan

İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək

03/11/2025
Vakansiya

Socar Cape is looking for a Head of Operations

06/11/2025
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
Azərbaycan

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb

09/09/2025
Azərbaycan

“Özbəkneftqaz” və SOCAR sentyabrda Özbəkistandakı layihə üçün operatorun qeydiyyat prosesini tamamlayacaqlar

09/09/2025
Azərbaycan

SOCAR ilə Qətərin “UCC Holdinq”i arasında çoxşahəli əməkdaşlıq əlaqələri qurulur

09/09/2025
Azərbaycan

ABŞ-da GL Group-un süni intellektin seysmik tədqiqatlarda tətbiqinə dair Azərbaycanda inkişaf etdirdiyi layihəsinin təqdimatı olub

09/09/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.