Çərşənbə axşamı, Noyabr 11, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR-ın Albaniyada ilkin mühəndislik dizayn xidmətləri göstərməsi işi yubanır

01/06/2018
SOCAR-ın Albaniyada ilkin mühəndislik dizayn xidmətləri göstərməsi işi yubanır
4
BAXIŞ
Share on FacebookShare on Twitter

SOCAR-ın Albaniyada ilkin mühəndislik dizayn xidmətləri göstərməsi işi yubanır.

Bu barədə AZƏRTAC-a açıqlamasında “SOCAR Balkan” şirkətinin icraçı direktoru, SOCAR-ın prezidentinin müşaviri Murad Heydərov deyib.

O bildirib ki, bu ilin fevralında Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı zamanı SOCAR ilə Albaniyanın “Albgaz” şirkəti, habelə Monteneqro, Xorvatiya və Albaniyanın qazpaylayıcı şirkətləri arasında Cənub Qaz Dəhlizinə birləşdiriləcək yeni boru kəmərlərinin layihələndirilməsi ilə bağlı sənəd imzalanıb. Sənədə əsasən, Cənub Qaz Dəhlizindən təbii qazın Albaniya ərazisində paylanması üçün bu ölkənin Fier və Vlora şəhərləri arasında planlaşdırılan yeni boru kəmərinin İlkin Detallı Layihələndirilməsi (FEED) “SOCAR Balkan” şirkəti tərəfindən həyata keçiriləcək.

“Albaniya tərəfi ölkənin qazlaşdırılması üzrə Əsas Planın işlənməsini, eləcə də 40 kilometr uzunluğu olacaq bu boru kəmərinin layihəsini hazırlamalıdır. Lakin bu proses Albaniyadakı həm bürokratik, həm də digər səbəblərlə əlaqədar olaraq yubanır. Onlar layihəni hazırlamalıdırlar, biz isə mühəndislik xidmətlərini icra etməliyik. Bu, SOCAR-ın Balkan ölkələrində mühəndislik xidmətləri göstərəcəyi ilk iş olacaq”, – deyə “SOCAR Balkan” şirkətinin icraçı direktoru əlavə edib.

Qeyd edək ki, 2014-cü ildə Azərbaycan və Albaniya arasında Hökumətlərarası Anlaşma Memorandumu imzalanıb, Albaniyanın qazlaşdırılması üzrə Əsas Planın işlənməsinə start verilib. Həmin dövrdən indiyədək Avropa İttifaqı, Enerji Cəmiyyəti, İsveçrə Hökuməti, TAP və “Enagas” şirkəti kimi digər maraqlı tərəflərlə yanaşı, SOCAR-ın yüzfaizli törəmə şirkəti olan “SOCAR Balkan” şirkəti Albaniyanın qazlaşdırılması planında əsasən məsləhətçi qismində iştirak edir, həmçinin Balkan ölkələrində Azərbaycanın qaz ixrac strategiyasının tətbiqi istiqamətində işlər aparır. 2017-ci ilin yanvar ayında Albaniyanın qazlaşdırılmasına dair aparılmış texniki-iqtisadi əsaslandırmanın nəticəsində Fier və Vlora şəhərləri arasında qaz boru kəmərinin inşa edilməsinin zərurət olduğu müəyyənləşdirilib. Kəmər Fier şəhərinin yaxınlığında TAP-ın çıxış nöqtəsi olan kompressor stansiyasını Vlora şəhərində yerləşən qaz zavodu ilə birləşdirəcək. Boru kəmərinin illik ötürücü gücü ilkin olaraq 1 milyard kubmetr təşkil edəcək.

Cənub Qaz Dəhlizinə birləşəcək İonik-Adriatik Boru Kəməri (IAP) layihəsi TAP boru kəmərindən təbii qazın Balkan ölkələrinin ərazisi üzrə Avropanın müxtəlif ölkələrinə paylanması məqsədilə həyata keçirilir. Fier-Vlora boru kəməri isə Albaniyanın qazlaşdırılması çərçivəsində planlaşdırılır. Cənub Qaz Dəhlizi 3 min 500 kilometr uzunluğunda olan, iki qitə və 6 ölkə üzərindən təbii qazın Avropaya qədər nəqlinə imkan verən unikal meqalayihədir. Cənub Qaz Dəhlizi dörd əsas hissədən – “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP boru kəmərlərinin inşasından ibarətdir. SOCAR Cənub Qaz Dəhlizinin bütün həlqələrində Azərbaycan dövlətini təmsil edir. “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihələrinin açılışı olub, TANAP isə bu ayın 12-də istismara veriləcək.

Tags: AlbgazMurad HeydərovSOCAR Balkan

Eyni kateqoriyadan Digər materiallar

“SOCAR Balkans” Bolqarıstanda fəaliyyət göstərməyi planlaşdırır
Azərbaycan

“SOCAR Balkans” Bolqarıstanda fəaliyyət göstərməyi planlaşdırır

04/03/2019
TAP Deal: Does European Union, Azerbaijan Agreement Undermine Russian Energy Plans?
Azərbaycan

SOCAR Albaniyadakı boru kəməri üçün layihələndirmə işlərinin planlanması istiqamətində çalışır

26/10/2018
SOCAR Bolqarıstanın qazpaylayıcı şəbəkəsinə sərmayə qoymağa maraq göstərir
Azərbaycan

SOCAR Bolqarıstanın qazpaylayıcı şəbəkəsinə sərmayə qoymağa maraq göstərir

04/04/2018
İonik-Adriatik Boru Kəmərinin layihələndirilməsi üçün yeni şirkət təsis ediləcək
Maraqlı Xəbərlər

İonik-Adriatik Boru Kəmərinin layihələndirilməsi üçün yeni şirkət təsis ediləcək

16/02/2018
SOCAR Albaniyada ilkin mühəndislik dizayn xidmətləri göstərəcək
Azərbaycan

SOCAR Albaniyada ilkin mühəndislik dizayn xidmətləri göstərəcək

16/02/2018
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Vakansiya

International Company is looking for a Crane Operator

06/11/2025
Azərbaycan

Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”

03/11/2025
Azərbaycan

BƏƏ şirkəti “Cənub Qaz Dəhlizi”ndə pay əldə edib

03/11/2025
Azərbaycan

İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək

03/11/2025
Vakansiya

Socar Cape is looking for a Head of Operations

06/11/2025
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
Azərbaycan

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb

09/09/2025
Azərbaycan

“Özbəkneftqaz” və SOCAR sentyabrda Özbəkistandakı layihə üçün operatorun qeydiyyat prosesini tamamlayacaqlar

09/09/2025
Azərbaycan

SOCAR ilə Qətərin “UCC Holdinq”i arasında çoxşahəli əməkdaşlıq əlaqələri qurulur

09/09/2025
Azərbaycan

ABŞ-da GL Group-un süni intellektin seysmik tədqiqatlarda tətbiqinə dair Azərbaycanda inkişaf etdirdiyi layihəsinin təqdimatı olub

09/09/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.