logo

Türkiyə Rusiyadan qaz ödənişlərinin bir hissəsinin təxirə salınmasını istəyib

Views: 156

“Bloomberg” agentliyi xəbər verir ki, Türkiyə bahalı enerji qiymətlərinin iqtisadi zərərini qismən azaltmaq üçün Rusiyadan Ankaranın təbii qaz ödənişlərinin bir hissəsini 2024-cü ilə qədər təxirə salmağı xahiş edib.

Is Turkey's New Gas Discovery in the Black Sea a Game Changer? – Foreign  Policy & Geopolitics of Energy

Agentlik anonim mənbəyə istinadən yazır: “Türkiyənin dövlət enerji idxalçısı Botaş ödənişlərin bir hissəsini 2024-cü ilə qədər təxirə salmağa çalışır. Tərəflər arasında danışıqların hər hansı razılığa gətirib çıxarıb-çıxarmayacağı hələlik bəlli deyil”.

“Bloomberg”-in məlumatına görə, Türkiyənin enerji idxalından çox asılı olması onun valyutasına və büdcəsinə təzyiqi artırıb. Türk lirəsi ilin əvvəlindən dollar qarşısında 28%-dən çox ucuzlaşıb ki, bu da Argentina pesosundan sonra inkişaf etməkdə olan bazarlar arasında ən böyüyüdür. Eyni zamanda, agentlik qeyd edir ki, Türkiyənin avqust ayında ticarət kəsiri ötən ilin eyni ayı ilə müqayisədə iki dəfədən çox artaraq 11,2 milyard dollar təşkil edib.

Bir qədər əvvəl Moskva ilə Ankara arasında Rusiya qazının 25 faizinin rublla ödənilməsi barədə müqavilə bağlanılıb.

Caspian Barrel

0

Your Cart