logo

SOCAR yanvar-sentyabr aylarında qazma işlərinin həcmini 37% artırıb

Views: 108

2022-ci ilin yanvar-sentyabr aylarında SOCAR-ın qazma idarələri tərəfindən 56,343 min metr həcmində qazma işləri həyata keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.

2021-ci ilin yanvar-sentyabr aylarında şirkət 41,079 min metr qazma işi həyata keçirib. Beləliklə, 2022-ci ilin 9 ayı ərzində SOCAR üzrə aparılan qazma işlərinin həcmi 37,2% artıb.

2022-ci ilin III rübündə SOCAR tərəfindən 18,129 min metr həcmində qazma işləri həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 10,4% azdır.

2021-ci ildə SOCAR tərəfindən 61,644 min metr həcmində qazma işləri (2020-ci ilin göstəricisi ilə müqayisədə artım 10,3%) həyata keçirilib.

interfax.az

0

Your Cart