logo

Avropanın qaz anbarlarına yığım səviyyəsi 65 %-i keçib

Views: 471

Avropadakı yeraltı qaz anbarlarına yığım imkanlarının 65 %-i qədər mavi yanacaq vurulub

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Gas Infrastructure Europe”nın (GIE) məlumatlarında bildirilir.

Hazırda bu anbarlarda 70 milyard kubmetrədək qaz var. Ötən il bu göstərici yalnız avqustun 24-ü əldə olunmuşdu.

Məlumata görə, hazırda anbarların doluluq səviyyəsinə görə ən yaxşı vəziyyət Portuqaliya (100 %) və Polşadadır (98,21 %). Bu baxımdan ən aşağı göstəricilər Bolqarıstan (42,5 %) və Latviyadadır (49,04 %).

Bildirilir ki, anbarların doldurulması templəri saxlanılarsa, artıq sentyabrın əvvəllərində Avropa ölkələrinin ehtiyatları 80 %-ə çata bilər.

0

Your Cart