24-30 may tarixləri müddətində “SOCAR New Energy” şirkəti Ukraynaya Rusiya istehsallı 9,9 min ton dizel yanacağı tədarük edib.
“Report” xəbər verir ki, bu barədə “A-95” məsləhətçi qrupunun açıqlamasında bildirilir.
Xatırladaq ki, SOCAR Rusiyanın “Rosneft” dövlət neft şirkətinin istehsal etdiyi neft məhsullarını Ukraynaya ixrac edən operator olub. Bütövlükdə may ayı ərzində operatorun tədarük kvotası 100 min ton dizel yanacağı və 12 min ton maye qaz təyin edilsə də, daha əvvəl bazar iştirakçılarının bildirdiyi kimi, tədarüklər iyun ayının əvvəlindən başlaya bilər.