Heydər Əliyev adına NEZ-ə yeni direktor təyin olunub
SOCAR-ın prezidenti Rövnəq Abdullayevin əmri ilə Bəxtiyar Məmmədov Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ) direktoru təyin olunub.
“R.Abdullayev Bəxtiyar Məmmədovun Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun direktoru, zavodun keçmiş direktoru Elman İsmayılovun isə SOCAR-ın emal üzrə vitse-prezidentinin müavini təyin olunması haqqında əmr imzalayıb”, – deyə SOCAR-ın məlumatında bildirilir.
Bəxtiyar Məmmədov 1971-ci ildə anadan olub. Azərbaycan Neft Akademiyasını (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirdikdən sonra “Azərneftyağ” NEZ-də əmək fəaliyyətinə başlayıb, 2015-ci ilə kimi zavodda müxtəlif vəzifələrdə çalışıb.
2015-2016-cı illərdə Heydər Əliyev adına BNEZ-də şöbə rəisinin müavini, 2016-2019-cu illərdə isə Karbamid Zavodunun baş mühəndisi – direktor müavini işləyib.