Cümə axşamı, Avqust 13, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR profilaktika məqsədi ilə BNEZ və “Azərikimya”nın fəaliyyətini dayandırıb

07/04/2022
H.Əliyev ad. NEZ-in tam modernləşdirilməsi 2025-ci ilədək davam edəcək
10
BAXIŞ
Share on FacebookShare on Twitter

SOCAR aprelin 4-dən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ) fəaliyyətini planlı təmir işlərinin aparılması məqsədilə dayandırıb.

“Aprelin 4-dən etibarən BNEZ-dəki qurğularının bir hissəsinin fəaliyyəti planlı profilaktika işlərinin aparılması üçün müvəqqəti dayandırılıb. Sözügedən işlər yerinə yetirildikdən sonra zavodun modernləşdirilməsi layihəsi çərçivəsində Avro-5 standartı üzrə dizel istehsalına başlamaq üçün lazım olan yeni əsas texnoloji qurğuların mərhələli şəkildə işə salınması planlaşdırılır”, – deyə SOCAR-ın vitse-prezidentinin müavini, mətbuat katibi İbrahim Əhmədov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.

O, həmçinin bildirib ki, BNEZ-də profilaktika işləri ilə əlaqədar SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin bu zavoddan xammal alan kimya müəssisələrinin fəaliyyəti də profilaktika işlərinin aparılması üçün aprelin 5-dən dayandırılıb.

“Hər iki müəssisənin paralel şəkildə dayandırılması onların vahid qiymət əmələgətirmə zənciri çərçivəsində bir-biri ilə qarşılıqlı əlaqəli olması ilə şərtlənib, çünki BNEZ “Azərikimya” İB üçün əsas xammal mənbəyidir”, – deyə İ.Əhmədov izah edib.

Bununla belə, o, müəssisələrin fəaliyyətinin hansı müddətə dayandırılması və şirkətin bu dövr ərzində AI-92 markalı benzin idxal edib-etməyəcəyi barədə məlumat verməyib.

Xəbər verildiyi kimi, SOCAR BNEZ-də modernləşdirmə işlərinin həyata keçirilməsi çərçivəsində 2022-ci ildə dövlət büdcəsindən 214 milyon manat ($126 milyona yaxın) alacaq.

Sonuncu dəfə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun fəaliyyəti təmir işlərinin aparılması üçün 2020-ci il avqustun 27-dən oktyabrın sonunadək dayandırılıb. Bu dövrdə zavodda AI-92 markalı avtomobil benzini istehsal edilməyib. Bu müddət ərzində dayandırılmış qurğularda da bir sıra işlər həyata keçirilib.

2022-ci il fevralın 1-dən Nazirlər Kabineti Azərbaycana idxal edilən AI-92 və AI-95 markalı avtomobil benzinini gömrük rüsumundan azad edib. Bu benzin növlərinin hər min litri üçün gömrük rüsumu 15 faizdən sıfır faizə endirilib. Bu güzəştlər bu ilin iyunun 1-dək qüvvədə qalacaq.

SOCAR Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi çərçivəsində 2022-ci ilin ortalarında bu zavodda Avro-5 standartına cavab verən dizel yanacağı, 2023-cü ilin ortalarında isə benzin istehsalına başlamağı planlaşdırır. Bununla da BNEZ-in modernləşdirilməsi üzrə cari mərhələ başa çatacaq. Bundan sonra zavodda AI-92 və AI-95 markalı avtomobil benzini istehsal olunacaq.

SOCAR BNEZ-in yenidən qurulması və modernləşdirilməsi üzrə işləri 2024-2025-ci illərdə başa çatdırmağı planlaşdırır. Modernləşdirilmə işlərindən sonra BNEZ-də illik 2,2 milyon ton avtomobil benzini (hazırda 1,2 milyon ton təşkil edir), 2,9 milyon ton dizel yanacağı (hazırda 1,9 milyon ton), 1 milyon ton reaktiv yanacaq (hazırda 600 min ton) və 390 min ton neft-kimya məhsulları (hazırda 112 min ton) istehsal olunacaq.

Tags: AzərkimyaBNEZ

Eyni kateqoriyadan Digər materiallar

«Узбекнефтегаз»: Цена на бензин АИ-92 снизилась
Azərbaycan

Hökumət bu il Avro-5 keyfiyyətli benzin və dizel yanacağının istehsalını planlaşdırır

28/03/2023
“Etilen-Polietilen” zavodunun modernləşdirilməsi 2023-cü ildə başa çatacaq
Azərbaycan

“Etilen-Polietilen” zavodunun modernləşdirilməsi 2023-cü ildə başa çatacaq

14/05/2022
“Azərikimya”da qaz-turbin kompleksi ilin sonunadək işə salınacaq
Azərbaycan

Etilen-polietilen zavodu təmirdən sonra işini bərpa edir

14/05/2022
Bakı Neft Emalı Zavodunda hidrogen istehsalı təşkil olunacaq
Azərbaycan

Bakı Neft Emalı Zavodunda hidrogen istehsalı təşkil olunacaq

20/04/2022
Bakı NEZ-in təmirə dayanması benzin qiymətlərinə təsir edəcəkmi?
Azərbaycan

Bakı NEZ-in təmirə dayanması benzin qiymətlərinə təsir edəcəkmi?

12/04/2022
“Technip” “Azərkimya”da yenidənqurma işlərini yekunlaşdırmaq üzrədir
Azərbaycan

“Technip” “Azərkimya”da yenidənqurma işlərini yekunlaşdırmaq üzrədir

19/04/2021
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.