Bazar ertəsi, Oktyabr 12, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Hökumət bu il Avro-5 keyfiyyətli benzin və dizel yanacağının istehsalını planlaşdırır

28/03/2023
«Узбекнефтегаз»: Цена на бензин АИ-92 снизилась
14
BAXIŞ
Share on FacebookShare on Twitter

2023-cü il ərzində Heydər Əliyev adına Bakı Neft Zavodunda (BNEZ) “Avro-5” ekoloji standartlara uyğun dizel yanacağı və avtomobil benzinin istehsalına başlanacaq.

“2022-ci ilin sonuna olan vəziyyətə görə, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun yenidən qurulması və modernləşdirilməsi layihəsi çərçivəsində yeni qurğuların tikintisi 93%, mövcud qurğuların modernləşdirilməsi 99% icra olunub. 2023-cü ildə zavodda bu layihə çərçivəsində “Avro-5” ekoloji standartlara uyğun dizel yanacağı və avtomobil benzinin istehsalına başlamaq planlaşdırılır”, – “İnterfaks-Azərbaycan”ın əldə etdiyi “2022-ci ildə Azərbaycan hökumətinin fəaliyyətinə həsr edilmiş” hesabatında deyilir.

2022-ci ildə BNEZ-də 6 milyon 240,3 min ton neft emal olunub, bunun nəticəsində 1 milyon 282,7 min ton avtomobil benzini, 563,7 min ton reaktiv (təyyarə) yanacaq, 2 milyon 40,1 min ton dizel yanacağı, 244,8 min ton maye qaz, 342,6 min ton bitum, 12,5 min ton sürtkü yağları, 209,6 min ton koks və digər neft məhsulları əldə olunub.

2022-ci ildə BNEZ-də neft emalının dərinliyi 96,3% təşkil edib.

Ötən il istehsal olunan neft məhsullarının ümumi həcmindən 90%-i daxili bazarda satılıb, 10%-i – ixraca yönəldilib.

2022-ci ildə Azərbaycandan neft məhsullarının ixracından SOCAR şirkətinin gəlirləri $726,4 milyon, daxili bazarda satışından daxilolmalar – 4 milyard 463,2 milyon manat (cari məzənnə ilə $2 milyard 625,4 min) təşkil edib. Beləliklə, 2022-ci ildə şirkətin neft məhsullarının satışından gəlirləri $3,35 milyarddan çox olub.

Qeyd edək ki, 2015-ci ildən BNEZ-in modernləşdirilməsi və yenidən qurulması layihəsi reallaşdırılır. BNEZ-in illik emal gücü 6,5 milyon ton təşkil edir. Layihə nəticəsində zavodda Xəzər regionu ölkələrinin bütün neft növlərinin emalı mümkün olacaq. Layihənin 2027-ci ildə tam başa çatdırılması planlaşdırılır.

Modernləşdirilmə işlərindən sonra BNEZ-də ildə 7,5 milyon ton neft emal mümkün olacaq ki, bunun nəticəsində də 2,2 milyon ton avtomobil benzini (hazırda 1,2 milyon ton təşkil edir), 2,9 milyon ton dizel yanacağı (hazırda 1,9 milyon ton), 1 milyon ton reaktiv yanacaq (hazırda 600 min ton) və 390 min ton neft-kimya məhsulları (hazırda 112 min ton) istehsal olunması planlaşdırılır.

İnterfaks-Azərbaycan

Tags: Avro-5BNEZ

Eyni kateqoriyadan Digər materiallar

Bakı Neft Emalı Zavodunda hidrogen istehsalı təşkil olunacaq
Azərbaycan

Bakı Neft Emalı Zavodunda hidrogen istehsalı təşkil olunacaq

20/04/2022
Bakı NEZ-in təmirə dayanması benzin qiymətlərinə təsir edəcəkmi?
Azərbaycan

Bakı NEZ-in təmirə dayanması benzin qiymətlərinə təsir edəcəkmi?

12/04/2022
H.Əliyev ad. NEZ-in tam modernləşdirilməsi 2025-ci ilədək davam edəcək
Azərbaycan

SOCAR profilaktika məqsədi ilə BNEZ və “Azərikimya”nın fəaliyyətini dayandırıb

07/04/2022
Əliyev: İki ildən sonra Azərbaycanda “Avro-5” markalı benzin istehsal olunacaq
Azərbaycan

Əliyev: İki ildən sonra Azərbaycanda “Avro-5” markalı benzin istehsal olunacaq

18/02/2020
Приостановлена работа вакуумной колонны установки на НПЗ им.Г.Алиева
Azərbaycan

Heydər Əliyev adına NEZ-ə yeni direktor təyin olunub

12/12/2019
Azərbaycanda avtomobillərdə qazın istehlakı 30 dəfə artıb
Maraqlı Xəbərlər

Yanacaqlar üzrə AVRO standartları və ekologiya

13/11/2019
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.