SOCAR şirkəti (ARDNŞ) maye qazın Pakistana tədarükünə başlayacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Pakistan LNG Limited şirkətindən məlumat verilir.
“SOCAR Pakistan LNG Limited üçün maye qazın tədarükünə dair tenderin qalibi olub. Tədarük iki partiya ilə həyata keçiriləcək. Birinci partiya 10-11 oktyabr, ikinci partiya – 20-21 oktyabr tarixlərində yola salınacaq”, – şirkətdən qeyd olunub.
Şirkətin məlumatına əsasən, hər partiyanın həcmi 140 min kubmetr təşkil edəcək.
İyulun 28-də keçirilən tenderin nəticələrinə görə, LNG-nin Pakistana tədarükçüsü qismində SOCAR-dan başqa, GUNVOR International, BB Energy, Trafigura Pte ltd şirkətləri seçilib.