Çərşənbə axşamı, May 12, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Cəbrayılda günəş elektrik stansiyası nə zaman işə salınacaq?

bp şirkəti "Şəfəq" günəş elektrik stansiyası layihəsinin detallarını ictimaiyyətə açıqlayıb

20/02/2024
Azərbaycanda alternativ mənbələrdən nə qədər enerji əldə edilir – araşdırma
71
BAXIŞ
Share on FacebookShare on Twitter

«Lightsource bp» (“bp” şirkətinin törəmə strukturu) şirkəti 2024-cü ilin oktyabrında Azərbaycanın Cəbrayıl rayonunda (Şərqi Zəngəzur iqtisadi rayonu) «Şəfəq» günəş stansiyasının (GES) tikintisinə başlamağı planlaşdırır.

Bu barədə www.bp.com/caspian saytında dərc olunan bu layihə üzrə ətraf mühitə təsirlər üzrə hesabatının ilkin variantında qeyd olunurr.

«İnterfaks-Azərbaycan»ın istinad etdiyi hesabata əsasən, GES Cəbrayıl rayonunda, Araz çayından şimal-qərbdə, Cəbrayıl şəhərindən 6 km cənubda, Hacılı qəsəbəsi yaxınlığında tikiləcək.

Stansiyanın ərazisi 802 hektar olacaq, stansiya 240 MVt generasiya gücünə malik olacaq, pik həddi 288 MVt-a çata bilər.

Layihəyə layihələndirilmə, avadanlıqların tədarükü, tikintisi, montajı, sınaqlar, fotoelektrik günəş elektrik stansiyasının istifadəyə verilməsi və istismarı daxildir.

«Lightsource bp» şirkəti stansiyanın tikintisinə, istifadəsinə və istismarına cavabdeh olacaq.

Elektrik stansiyasının istehsal etdiyi elektrik enerjisi sonda Azərbaycanın milli elektrik şəbəkəsinə ötürüləcək. Layihə çərçivəsində həmçinin 33/330 kV yarımstansiyanın tikintisi planlaşdırılır.

Qrafikə əsasən, 2024-cü ilin iyulundan oktyabr ayına qədər «Lightsource bp» şirkəti qüvvə və vasitələrin (işçi qüvvəsi, texnika və s.) səfərbərliyi və ərazinin hazırlanması işlərini aparmağı planlaşdırır. GES-in tikintisi 2024-cü ilin oktyabrından 2025-ci ilin noyabrına qədər aparılacaq, işə salma-tənzimləmə sınaqları 2025-ci ilin noyabrında başlayacaq, stansiyanın kommersiya istismarı 2025-ci ilin dekabrından başlayacaq.

Planlaşdırılır ki, 6-8 ay ərzində tikintidə çalışacaq işçilərin orta hesabla 300 nəfərə, pik dövründə 700 nəfərə çatacağı gözlənilir.

«Şəfəq» GES-in tikintisi zamanı yaranan təsirlərin və bununla bağlı sosial, iqtisadi və digər nəticələrin qarşısının alınması və ya minimuma endirilməsi məqsədilə ƏMTQ üzrə hesabatın hazırlanması həyata keçirilir.

Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, “Şəfəq” günəş enerji stansiyasının (GES) tikintisi Səngəçal terminalınn elektrik enerjisi ilə təmin etməyə və onların istifadə etdiyi qazı Avropaya ixrac etməyə imkan verir. Stansiyada illik 500 mln kVt/saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.

bp şirkəti 2024-cü ildə Azərbaycan hökuməti ilə Azərbaycanın Cəbrayıl rayonunda (Şərqi Zəngəzur iqtisadi rayonu) «Şəfəq» günəş elektrik stansiyasının tikintisi layihəsi üzrə yekun investisiya qərarı (YİQ) imzalamağa ümid edir.

2021-ci il iyunun 3-də Energetika Nazirliyi və bp arasında Cəbrayıl rayonunda 240 MVt gücündə günəş elektrik stansiyasının inşası layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi sahəsində əməkdaşlığa dair İcra Müqaviləsi imzalanıb. Layihəyə investisiya qoyuluşu $200 milyon məbləğində qiymətləndirilir.

Müqavilə çərçivəsində əməkdaşlıq günəş enerji layihəsinin texniki və kommersiya aspektində qiymətləndirilməsini, stansiyanın layihələndirilməsini, maliyyələşdirilməsinin təmin edilməsi və yekun investisiya qərarının qəbulu kimi istiqamətləri əhatə edir.

21 sentyabr 2023-cü ildə SOCAR şirkəti və Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) arasında Cəbrayıl rayonunda (Şərqi Zəngəzur iqtisadi rayonu) “Şəfəq” günəş elektrik stansiyası layihəsinə Qoşulma Sazişi imzalanıb.

 

Tags: "Şəfəq" GESalternativ enerjiBP AzərbaycanCəbrayılLightsource bp

Eyni kateqoriyadan Digər materiallar

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
ACWA Power to Open Office in Azerbaijan in Spring
Azərbaycan

Azərbaycanda külək enerjisinin istehsalı 61 %-dən çox artıb

16/11/2025
“Səngəçal” terminalında enerji sisteminin sabitləşdirilməsi layihəsi nə zaman başa çatacaq?
Azərbaycan

“Səngəçal” terminalında enerji sisteminin sabitləşdirilməsi layihəsi nə zaman başa çatacaq?

23/07/2025
SOCAR-ın birgə müəssisəsi iki layihə üzrə müqavilələr imzalayıb
Azərbaycan

SOCAR-ın birgə müəssisəsi iki layihə üzrə müqavilələr imzalayıb

16/07/2025
“Mərkəzi Azəri” platformasında hasilata başlanmasından 15 il ötür
Azərbaycan

“Dərinsulu Günəşli” hasilat platforması planlı profilaktika üçün dayandırılıb – BP

29/04/2024
“Dərinsulu Günəşli” platformasından 16 ilə nə qədər neft çıxarılıb?
Azərbaycan

“Dərinsulu Günəşli” platformasından 16 ilə nə qədər neft çıxarılıb?

22/04/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.