Cümə, May 8, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

bp Cəbrayılda inşa edəcəyi günəş elektrik stansiyasının təqdimatını keçirdi

240 MVt gücündə olacaq günəş elektrik stansiyasından ilk kommersiya məqsədli elektrik enerjisini 2025-ci ilin dekabrında almaq planlaşdırılır

06/03/2024
bp Cəbrayılda inşa edəcəyi günəş elektrik stansiyasının təqdimatını keçirdi
103
BAXIŞ
Share on FacebookShare on Twitter

“Lightsource bp” şirkəti (“bp”-nin törəmə şirkəti) cari il martın sonunadək Cəbrayılda tikiləcək 240 meqavat gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının tikintisinin Ətraf Mühitə Təsirinin Qiymətlənsirilməsi hesabatının son varinatını Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim etməyi planlaşdırır.

Bu barədə BP-nin Ətraf mühit və sosial məsələlər üzrə baş planlama mütəxəssisi Aaron Sheehan məlumat verib.

“İnterfaks-Azərbaycan” onun sözlərinə istinadən xəbər verir ki, hesabatda ətraf mühitin və sosial mühitin mövcud vəziyyəti barədə məlumatlar öz əksini tapıb, layihənin həyata keçirilməsinin ekologiyaya təsiri ilə bağlı proqnozlar və ətraf mühitə və əhaliyə hər hansı potensial təsirin minimuma endirilməsi və azaldılması tədbirləri qeyd olunub.

Sheehan əlavə edib ki, günəş elektrik stansiyası Cəbrayıl şəhərindən 5-10 km məsafədə (stansiya ərazi baxımından iki hissədə yerləşdiriləcək ) inşa olunacaq.

“Tikinti işlərinə bu ilin ikinci yarısında başlanılması planlaşdırılır və bütövlükdə 18 ay dvam edəcək”, – Sheehan deyib.

“BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı öz növbəsində vurğulayıb ki, şirkət cari ildə  Azərbaycan hökuməti ilə sözügedən GES-in tikintisi üzrə yekun investisiya qərarının (YİQ) imzalanmasını nəzərdə tutur.

Hesabata əsasən, GES Cəbrayıl rayonunda, Araz çayından şimal-qərbdə, Cəbrayıl şəhərindən 6 km cənubda, Hacılı qəsəbəsi yaxınlığında tikiləcək. Stansiyanın ərazisi 802 hektar olacaq, stansiya 240 MVt generasiya gücünə malik olacaq, pik həddi 288 MVt-a çata bilər.

Layihəyə layihələndirilmə, avadanlıqların tədarükü, tikintisi, montajı, sınaqlar, fotoelektrik günəş elektrik stansiyasının istifadəyə verilməsi və istismarı daxildir.

«Lightsource bp» şirkəti stansiyanın tikintisinə, istifadəsinə və istismarına cavabdeh olacaq.

Elektrik stansiyasının istehsal etdiyi elektrik enerjisi sonda Azərbaycanın milli elektrik şəbəkəsinə ötürüləcək. Layihə çərçivəsində həmçinin 33/330 kV yarımstansiyanın tikintisi planlaşdırılır.

Qrafikə əsasən, 2024-cü ilin iyulundan oktyabr ayına qədər «Lightsource bp» şirkəti qüvvə və vasitələrin (işçi qüvvəsi, texnika və s.) səfərbərliyi və ərazinin hazırlanması işlərini aparmağı planlaşdırır. GES-in tikintisi 2024-cü ilin oktyabrından 2025-ci ilin noyabrına qədər aparılacaq, işə salma-tənzimləmə sınaqları 2025-ci ilin noyabrında başlayacaq, stansiyanın kommersiya istismarı 2025-ci ilin dekabrından başlayacaq.

6-8 ay ərzində tikinti işçilərinin orta hesabla 300 nəfərə, pik dövründə 700 nəfərə çatacağı gözlənilir.

Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, “Şəfəq” günəş enerji stansiyasının (GES) tikintisi Səngəçal terminalınn elektrik enerjisi ilə təmin etməyə və onların istifadə etdiyi qazı Avropaya ixrac etməyə imkan verir. Stansiyada illik 500 mln kVt/saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.

bp şirkəti 2024-cü ildə Azərbaycan hökuməti ilə Azərbaycanın Cəbrayıl rayonunda (Şərqi Zəngəzur iqtisadi rayonu) «Şəfəq» günəş elektrik stansiyasının tikintisi layihəsi üzrə yekun investisiya qərarı (YİQ) imzalamağa ümid edir.

2021-ci il iyunun 3-də Energetika Nazirliyi və BP arasında Cəbrayıl rayonunda 240 MVt gücündə günəş elektrik stansiyasının inşası layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi sahəsində əməkdaşlığa dair İcra Müqaviləsi imzalanıb. Layihəyə investisiya qoyuluşu $200 milyon məbləğində qiymətləndirilir.

21 sentyabr 2023-cü ildə SOCAR şirkəti və Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) arasında Cəbrayıl rayonunda (Şərqi Zəngəzur iqtisadi rayonu) “Şəfəq” günəş elektrik stansiyası layihəsinə Qoşulma Sazişi imzalanıb. 

 

Tags: "Şəfəq" GESCəbrayılgünəş elektrik stansiyasıgünəş panelləri

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycanın ən böyük günəş elektrik stansiyasının tikintisinə başlanılıb
Azərbaycan

Azərbaycanın ən böyük günəş elektrik stansiyasının tikintisinə başlanılıb

13/08/2025
Böyükşor gölündə 100 kVt gücündə pilot günəş enerjisi qurğusu istismara verilib
Azərbaycan

Böyükşor gölündə 100 kVt gücündə pilot günəş enerjisi qurğusu istismara verilib

30/07/2024
Naxçıvan özünü 100% alternativ enerji ilə təmin etmək istəyir
Yaşıl enerji

“Nobel Energy” Cəbrayılda günəş elektrik statsiyası tikəcək

04/03/2024
bp “Şəfəq” layihəsi üzrə Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi sənədini hazırlayıb
Yaşıl enerji

bp “Şəfəq” layihəsi üzrə Ətraf Mühitə və Sosial Sahəyə Təsirə dair sənədin müzakirəsinə başlayır

04/03/2024
Azərbaycanda alternativ mənbələrdən nə qədər enerji əldə edilir – araşdırma
Yaşıl enerji

Cəbrayılda günəş elektrik stansiyası nə zaman işə salınacaq?

20/02/2024
”AzərEnerji” və bp Səngəçal terminalının elektrikləşdirilməsi üçün memorandum imzalayıb
Yaşıl enerji

”AzərEnerji” və bp Səngəçal terminalının elektrikləşdirilməsi üçün memorandum imzalayıb

20/02/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.