Bazar ertəsi, Sentyabr 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

BP Murrey Okinklossu baş direktor təyin etdi

17/01/2024
BP Murrey Okinklossu baş direktor təyin etdi
25
BAXIŞ
Share on FacebookShare on Twitter

Murrey Okinkloss “BP plc” şirkətinin baş icraçı direktoru təyin olunub. Bu barədə şirkətin məlumatında deyilir.

Bu gündən bp-nin London ofisindən Qrupa rəhbərlik Kanada vətəndaşı olan Mürrey Okinkloss tərəfindən həyata keçitiləcək.

Əslində ötən ilin sentyabrından əvvəlki rəhbərin qəfil istefasından sonra Murrey müvəqqəti olaraq baş icracı direktor vəzifəsini icra edirdi. O zamandan şirkətin rəhbərliyi axtarışda idi və hətta iki qadın namizəd də bu posta nəzərdən keçirilirdi.

Mürrey ixtisasca maliyyəçidir, 2020-ci ildən bp-nin Baş maliyyə direktoru vəzifəsini tuturdu. Btitaniya şirkətinə gəlişi isə 1998-ci ilə təsadüf edir: o zaman ki, bp gənc Mürreyin çalışdığı ABŞ-ın “Amoco” neft şirkətinə sahib çıxdı…

Bəs onun gəlişi bp-də dəyişiklik yaradacaqmı? Çünki bundan əvvəlki rəhbər Bernard Luni az qala neft-qaz şirkətini 180 dərəcə YAŞIL zonaya yönəltmək istəyirdi, nəticədə ancaq 1 il bp-nin səhmləri üzü yuxarı getdi (2022-ci ildə, o da Rusiya-Ukrayna müharibəsinin fəsadlarına görə), son 1 ildə şirkətin səhmləri 7%-dək ucuzlaşıb…

Bizi düşündürən isə odur ki, maliyyəçi rəhbər bp-nin Azərbaycandakı layihələrinə, əsasən də “Azəri-Çıraq-Günəşli”yə necə münasibət bəsləyəcək?

Mənim bildiyimə görə, 2024-cü il üçün bp-nin Azərbaycandakı layihələri üzrə xərcləmələri maksimal dərəcədə OPTİMALLAŞDIRIBLAR… amma Azərbaycan bp-nin biznesi üçün maliyyə baxımından olmasa da, imic formalaşdıran məkan olub.

Çünki heç bir Qərb şirkətinin dünya bazarlarına birbaşa çıxışı olmayan Xəzər kimi bölgədə ilk dəfə dəniz neftinin kommersiya hasilatını (AÇG), ilk dəfə 90-cı illərdə ixrac boru kəmərinin tikintisini (Bakı-Supsa), ilk dəfə Xəzəri dünya okeanı ilə birləşdirəcək Bakı-Tbilisi-Ceyhan kimi əsas neft kəmərinin tikintisi kimi layihələr məhz Britaniyanın neft nəhənginin operatorluğu altında gerçəkləşdirilib.

Bundan əlavə bp-nin tarixində ilk nəhəng QAZ layihəsi məhz ŞAHDƏNİZ olub və onun üzərində böyük bir biznes seqmenti yaradılıb…

Təbii ki, bp-də kimin icraçı direktor olmasından asılı olmayaraq Direktorlar Şurası bu sadaladığım amilləri , həmçinin regiona Xəzərdən açılan MƏNZƏRƏnin Azərbaycanla bağlantılarını gözəl bilirlər.

İlham Şaban

Caspian Barrel

Tags: BPMurrey Okinklos

Eyni kateqoriyadan Digər materiallar

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır
Azərbaycan

BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır

04/06/2025
Contract signed on selling Total’s share in Shah Deniz project
Azərbaycan

bp “Şahdəniz” layihəsinə xərclənən vəsaiti açıqladı

27/04/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.