Cümə axşamı, Yanvar 22, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

2022-ci ildə SOCAR-ın gəlirləri 54%, xalis mənfəəti 4,5 dəfə artıb

03/07/2023
2022-ci ildə SOCAR-ın gəlirləri 54%, xalis mənfəəti 4,5 dəfə artıb
9
BAXIŞ
Share on FacebookShare on Twitter

2022-ci ilin yekunları üzrə SOCAR-ın gəlirləri 119 milyard 228 milyon manat təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 53,8% çoxdur.

“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə şirkətin 2022-ci il üzrə birləşdirilmiş maliyyə hesabatında deyilir. SOCAR-ın 2022-ci il ərzindəki maliyyə fəaliyyətinin Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun auditi “Ernst & Young” şirkəti tərəfindən aparılıb.

2022-ci ildə şirkətin xalis mənfəəti 9 milyard 424 milyon manat (artım 4,5 dəfə) təşkil edib.

“Qlobal iqtisadi aktivliyin zəifləməsinə və qlobal inflyasiya təzyiqinə baxmayaraq, SOCAR 2022-ci ili yüksək nəticələrlə başa vurmağa nail olub. Müvəffəqiyyəti şərtləndirən amillər sırasında idarəetmənin təkmilləşdirilməsi, texniki, texnoloji və kommersiya əməliyyatlarının səmərəli həyata keçirilməsi, maliyyə resurslarının daha rentabelli idarə edilməsi, innovativ və beynəlxalq təcrübələrin tətbiqi, habelə həyata keçirilən optimallaşdırma və texnoloji transformasiya tədbirləri xüsusi yer tutub. Hesabat dövründə SOCAR-ın gəlirlərinin artmasına müəssisələrin daha səmərəli idarəedilməsi və inteqrasiyalı fəaliyyəti, rəqəmsal enerji texnologiyalarının yaratdığı əlavə dəyər, həmçinin dünya bazarında neft, qaz və neft-kimya məhsullarının qiymətlərinin yüksəlməsi səbəb olub”, – deyə şirkətin şərhində bildirilir.

SOCAR gəlir marjasını 11,4%-dən 12,3%-ə, əməliyyat fəaliyyətindən mənfəətini isə 1,9 dəfə – 9 milyard 362 milyon manata qədər artıraraq 2022-ci ili 9 milyard 424 milyon manat xalis mənfəətlə başa vurub. “Qeyd edək ki, bu, şirkətin konsolidasiya olunmuş maliyyə hesabatlarının hazırlanmağa başladığı 2008-ci ildən etibarən ən yüksək göstəricidir”, – deyə hesabatda vurğulanır.

Hesabat ilində SOCAR-ın satışlarının maya dəyəri 104 milyard 526 milyon manat (artım 52,2%), mənfəət vergisi xərci 1 milyard 439 milyon manat (artım 23,8%) təşkil edib.

2022-ci ildə şirkətin ümumi aktivləri 16,5% – 80 milyard 835 milyon manata qədər, o cümlədən cari aktivləri 39,6% – 33 milyard 431 milyon manata qədər, uzunmüddətli aktivləri 4,4% – 47 milyard 404 milyon manata qədər artıb.

SOCAR-ın cəmi kapitalında və nağd pul vəsaitlərinin həcmində də artım tendensiyası müşahidə olunub. Belə ki, SOCAR-ın cəmi kapitalı 46,5% artaraq 33,34 milyard manata, nağd pul vəsaitləri isə 38,6% artaraq 12,49 milyard manata yüksəlib.

2022-ci ilin sonuna şirkətin nizamnamə kapitalı 5 milyard 546 milyon manata (artım 4,8%) bərabərdir.

2022-ci ildə SOCAR-ın öhdəlikləri 1,9% – 47 milyard 500 milyon manata qədər artıb, o cümlədən uzunmüddətli öhdəlikləri 18 milyard 530 milyon manat (azalma 29,5%), cari öhdəlikləri 28 milyard 970 milyon manat (artım 42,7%) təşkil edir.

Tags: gəlirlərhesabatSOCAR

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.