Cümə axşamı, May 21, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Şahdəniz”dən vergi gəlirləri neft müqavilələrini xeyli geridə qoyub

06/06/2023
130 bcm of gas have already been exported from the Caspian Shah Deniz field

Платформа на Шах Дениз

13
BAXIŞ
Share on FacebookShare on Twitter

Azərbaycan hökuməti 2023-cü ildə “Şahdəniz” qaz yatağının işlənməsi layihəsinin səhmdarları tərəfindən dövlət büdcəsinə 3 milyard 235 milyon manat məbləğində mənfəət vergisinin ödəniləcəyini gözləyir.

Hökumət 2023-cü ildə “Şahdəniz” səhmdarlarından Azərbaycanın dövlət büdcəsinə mənfəət vergisi daxilolmaları üzrə proqnozu yaxşılaşdırıb. Xüsusilə cari ildə “Şahdəniz” səhmdarlarından 3 milyard 235 milyon manat məbləğində mənfəət vergisinin daxil olacağı gözlənilir ki, bu da ilkin proqnozdan 360 milyon manat çoxdur.

Bu haqda Hesablama Palatasının Azərbaycanın 2023-cü il dövlət büdcəsinə dəyişikliklər layihəsinə dair Rəyində bildirilir.

Sənədə əsasən, ABƏŞ-in (“Azəri-Çıraq-Günəşli” neft yatağının işlənməsini həyata keçirir) səhmdarları tərəfindən mənfəət vergisi ödənişləri üzrə proqnoz da yaxşılaşdırılıb. “Neftin bir barelinin orta qiyməti $60 olmaqla səhmdarlar 767 milyon manat məbləğində mənfəət vergisi ödəyəcəklər ki, bu da neftin bir barelinin qiymətinin $50-dan hesablandığı ilkin proqnozdan 275 milyon manat çoxdur”, – deyə məlumatda qeyd olunur.

Beləliklə, Azərbaycan hökuməti 2023-cü ildə “Şahdəniz” və ABƏŞ səhmdarlarından 4 milyard 2 milyon manat (cari məzənnə ilə $2 milyard 354,1 milyon) məbləğində mənfəət vergisi gözləyir.

Qeyd edək ki, 2023-cü ilin I rübündə Azərbaycanda PSA tipli müqavilələr çərçivəsində “Şahdəniz” və AÇG yataqlarının işlənməsi ilə məşğul olan neft-qaz şirkətləri tərəfindən dövlət büdcəsinə 1 milyard 770,9 milyon manat mənfəət vergisi ödənilib. “Şahdəniz” layihəsinin iştirakçıları 1 milyard 545,7 milyon manat, AÇG layihəsinin iştirakçıları isə 225,2 milyon manat mənfəət vergisi ödəyib.

2022-ci ildə “Şahdəniz” və AÇG layihələrinin iştirakçıları dövlət büdcəsinə 5 milyard 393,904 milyon manat mənfəət vergisi ödəyib ki, bu da 2021-ci ilin göstəricisindən 5,2 dəfə çoxdur. “Şahdəniz” layihəsinin iştirakçıları mənfəət vergisi ödənişinə ilk dəfə 2022-ci ildə başlayıb.

Azərbaycanda Hasilatın Pay Bölgüsü Sazişləri tipli müqavilələr çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətləri ildə 4 dəfə – yanvar, aprel, iyul və oktyabr aylarında mənfəət vergisi ödəyir.

“İnterfaks-Azərbaycan”

Tags: büdcəŞahdənizvergi

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Цена газа в Европе превысила $1900/тыс. куб. м
Azərbaycan

I yarımildə “Şahdəniz”in işlənməsindən dövlət nə qazanıb?

23/07/2025
In 2023, condensate production at “Shah Deniz” field decreased by 2.8%
Azərbaycan

ARDNF I rübdə “Şahdəniz”in işlənməsindən gəlirlərini 36 %-dən çox artırıb

27/04/2025
Contract signed on selling Total’s share in Shah Deniz project
Azərbaycan

bp “Şahdəniz” layihəsinə xərclənən vəsaiti açıqladı

27/04/2025
“Dərinsulu Günəşli” hasilat platforması planlı profilaktika üçün dayandırılıb – BP
Azərbaycan

“Şahdəniz”də yeni platformanın tikinti layihəsi ictimaiyyətin müzakirəsinə çıxarılır

17/02/2025
“BP-Azərbaycan”da nə qədər yerli vətəndaş çalışır?
Azərbaycan

“Şahdəniz Kompressiya” layihəsi üzrə Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədi

30/01/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.