Şənbə, Oktyabr 10, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

bp 2023-cü ildə “Şahdəniz” yatağından qaz hasilatını 4% artırıb

Ötən il “Şahdəniz” yatağından 26 milyard kubmetr təbii qaz hasil edib

12/02/2024
BP “Şahdəniz-2” layihəsi çərçivəsində $300 milyonluq təchizat müqaviləsi imzaladı
39
BAXIŞ
Share on FacebookShare on Twitter

“bp-Azerbaijan” şirkəti 2023-cü ildə “Şahdəniz” yatağından 26 milyard kubmetr qaz hasil edib ki, bu da 2022-ci ilin göstəricisindən 4% çoxdur. Bu barədə şirkətin bu gün açıqlanan illik hesabatında məlumat verilib.

Hesabat dövründə yataqdan təqribən 35 milyon barel kondensat (4 milyon tondan çox) hasil edilib ki, bu da 2022-ci ilin göstəricisindən 2,8% azdır.

“Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə təxminən 74 milyon kubmetr və ya ildə 27 milyard kubmetrdən çoxdur”, – deyə məlumatda bildirilir.

2023-cü ildə “Şahdəniz” konsorsimunun yatağın işlənməsi üzrə xərcləri $3 milyard 86 milyon (artım 12,5%), o cümlədən istismar xərcləri $2 milyard 194 milyon, əsaslı xərcləri $892 milyon təşkil edib. Bu xərclərin əsas həcmi “Şahdəniz-2” layihəsinin payına düşüb.

Cənubi Qafqaz Boru Kəməri (South Caucasus Pipeline, SCP və ya Bakı-Tbilisi-Ərzurum) ilə gündə orta hesabla 60,1 milyon kubmetr qaz (2022-ci ildə 57,4 milyon kubmetr) nəql olunub. 2023-cü ildə SCP-nin istismar xərcləri $77,7 milyondan, əsaslı xərcləri isə $13,8 milyondan çox olub.

“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları: bp (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19%), NICO (10%) və “Cənub Qaz Dəhlizi” QSC-dir (21,02%). Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.

Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Mərhələ-1” çərçivəsində “Alfa” və “Mərhələ-2” çərçivəsində “Bravo” platformalarından həyata keçirilir. “Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.

SCP boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və “Mərhələ-1” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən qazı Gürcüstana, 2007-ci ilin iyul ayından isə Türkiyəyə çatdırır. “Mərhələ-2” çərçivəsində boru kəmərinin genişləndirilmiş hissəsi ilə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlanılıb.

“SCP Co.” şirkətinin səhmdarları bp (29,99%), TPAO (19%), “Cənub Qaz Dəhlizi” (21,02%), LUKOIL (19,99%) və NIKO (10%) şirkətləridir.

Interfaks-Azərbaycan

 

Tags: BP AzərbaycanŞahdəniz

Eyni kateqoriyadan Digər materiallar

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
“Səngəçal” terminalında enerji sisteminin sabitləşdirilməsi layihəsi nə zaman başa çatacaq?
Azərbaycan

“Səngəçal” terminalında enerji sisteminin sabitləşdirilməsi layihəsi nə zaman başa çatacaq?

23/07/2025
Цена газа в Европе превысила $1900/тыс. куб. м
Azərbaycan

I yarımildə “Şahdəniz”in işlənməsindən dövlət nə qazanıb?

23/07/2025
SOCAR-ın birgə müəssisəsi iki layihə üzrə müqavilələr imzalayıb
Azərbaycan

SOCAR-ın birgə müəssisəsi iki layihə üzrə müqavilələr imzalayıb

16/07/2025
In 2023, condensate production at “Shah Deniz” field decreased by 2.8%
Azərbaycan

ARDNF I rübdə “Şahdəniz”in işlənməsindən gəlirlərini 36 %-dən çox artırıb

27/04/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.