Cümə axşamı, Oktyabr 8, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycan istilik elektrik stansiyasının tikintisində İtaliya turbinlərindən istifadə edəcək

13/02/2023
Azerbaijan to use Italian turbines in construction of large thermal power plant
34
BAXIŞ
Share on FacebookShare on Twitter

Söhbət Mingəçevir şəhərində 2025-ci ildə istifadəyə veriləcək Azərbaycanın ikinci ən böyük istilik-elektrik stansiyasında quraşdırılacaq turbinlərdən gedir

Bu gün Bakıda Azərbaycanın energetiklər şəhəri Mingəçevirdə tikiləcək 1280 MVt gücündə istilik elektrik stansiyasının təməlqoyma mərasimi keçirilib.

“Gülüstan” sarayında baş tutan mərasimdə Azərbaycan prezidenti İlham Əliyev iştirak edib.

İlham Əliyevin sözlərinə görə, Azərbaycanın ikinci ən böyük istilik elektrik stansiyası olacaq bu enerji obyektinin tikintisi təxminən 400 milyon dollara başa gələcək.

Dövlət başçısı bildirib ki, bu stansiyaya sərf ediləcək vəsait bir qayda olaraq, bu böyüklükdə stansiyaların tikintisinə sərf olunan vəsaitdən 3-4 dəfə aşağıdır. “Bunun da səbəbi, əlbəttə ki, səmərəlilikdir. Eyni zamanda, bunun səbəbi odur ki, Mingəçevirdə artıq güclü elektroenergetika infrastrukturu yaradılmışdır və bu stansiyanın məhz Mingəçevirdə inşa edilməsi də ilk növbədə bu məqsədi güdür”, deyə İlham Əliyev vurğulayıb.

“Hazırda Azərbaycanın elektrik stansiyalarının generasiya gücü 7200 MVt təşkil edir ki, bunun da 3400 MVt-ı son 20 ildə yaradılıb, 34 elektrik stansiyası tikilib”, deyə Azərbaycan prezidenti bəyan edib.

Elektrik stansiyası “Azərenerji” ASC tərəfindən tikiləcək, stansiya üçün 4 turbin və generator isə İtaliyanın “Ansaldo Energia” şirkəti tərəfindən təmin olunacaq.

İtaliya şirkətinin tədarük edəcəyi dörd ədəd AE94.3A markalı qaz turbininin müqavilə dəyəri 160 milyon avrodan yuxarıdır. “Ansaldo Energia” şirkətinin saytında yer alan məlumatda bildirilir ki, AE94.3A markalı qaz turbininin enerji səmərəliliyi 40,3% təşkil etməklə yanaşı 340 MVt elektrik enerjisi istehsal etməyə qadirdi.

“Ansaldo Energia” indiyə qədər dünyanın 16 ölkəsində 80 kombinə edilmiş dövrə enerji qurğusu və 16 açıq dövrəli enerji qurğusu quraşdırıb.

Layihə aşağıdakı kimi maliyyələşdiriləcək: 60% “Azərenerji”nin öz vəsaiti, 40% kredit vəsaiti hesabına.

Layihə qrafikinə əsasən, elektrik stansiyası 2025-ci ildə istifadəyə veriləcək.

“Azərbaycan İtaliya üçün strateji ölkədir və “Ansaldo Energia” 2020-ci ildən etibarən Azərbaycan bazarına güclü maraq göstərib və bu illər ərzində yüksək səviyyəli şəxslərlə çoxsaylı institusional görüşlər keçirib. Biz əhəmiyyətli biznes imkanlarını müəyyən etdik və nəticədə ölkənin enerji inkişafına töhfə vermək üçün Azərbaycanda öz filialımızı açmağa qərar verdik”, – deyə şirkətin Beynəlxalq və İctimai Əlaqələr şöbəsinin müdiri Stefano Santinelli bildirib.

Xatırladaq ki, 2020-ci il dekabrın 18-də “Azərenerji” ASC ilə İtaliyanın “Ansaldo Energia” şirkəti arasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində – Ağdam, Füzuli, Qubadlı və Kəlbəcərdə tikilmiş 110 kVt gücündə yarımstansiyalar üçün enerji avadanlıqlarının təchizatına dair müqavilə imzalanıb.

“Ansaldo Energia” şirkətinin Azərbaycandakı nümayəndəliyi 30 iyul 2021-ci il tarixində qeydiyyatdan keçib. Şirkətin rəsmi nümayəndəsi İtaliya vətəndaşı Stefano Bogiadır.

“Ansaldo Energia S.p.A” şirkəti səhmlərinin 59,9%-i “Cassa Depositi e Prestiti” qrupuna daxil olan “CDP Equity” fonduna məxsusdur, yerdə qalan hissə isə elektrik enerjisi sənayesi üçün maşınqayırma avadanlığı üzrə ixtisaslaşmış, bu sahədə dünya lideri olan “Shanghai Electric”-in nəzarətindədir.

Caspian Barrel

Tags: Ansaldo EnergiaAzərenerji

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan dəyər ifadəsində elektrik enerjisinin ixracını 51% artırıb
Azərbaycan

“AzərEnerji”nin 2024-ci ildə kapital qoyuluşunun 50% azalması gözlənilir

23/06/2024
Baku brings about creating renewable energy plants with Masdar
Azərbaycan

“Masdar” şirkəti ilə yaşıl enerji layihələri üzrə 3 müqavilələr imzalanıb

04/06/2024
Laçında kiçik su elektrik stansiyasının təməlqoyma mərasimi olub
Yaşıl enerji

Laçında kiçik su elektrik stansiyasının təməlqoyma mərasimi olub

04/06/2024
Запущена вторая линия электропередачи из Туркменистана в Иран
Azərbaycan

Azərbaycanda I rübdə 7,1 mlrd kVt/saatdan çox elektrik enerjisi istehsal edilib

23/04/2024
Avropa bankı “Azərenerji”nin layihəsinə $30 milyon kredit ayıracaq
Azərbaycan

Avropa bankı “Azərenerji”nin layihəsinə $30 milyon kredit ayıracaq

27/02/2024
”AzərEnerji” və bp Səngəçal terminalının elektrikləşdirilməsi üçün memorandum imzalayıb
Yaşıl enerji

”AzərEnerji” və bp Səngəçal terminalının elektrikləşdirilməsi üçün memorandum imzalayıb

20/02/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.