Bazar, Sentyabr 13, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

bp-nin dəstəyi ilə beynəlxalq universitetlərdə geniş istifadə edilən dörd dərslik Azərbaycan dilinə tərcümə edilib

26/01/2023
bp-nin dəstəyi ilə beynəlxalq universitetlərdə geniş istifadə edilən dörd dərslik Azərbaycan dilinə tərcümə edilib
17
BAXIŞ
Share on FacebookShare on Twitter

Bu gün bp beynəlxalq universitetlərdə geniş istifadə edilən dörd dərsliyin Azərbaycan dilinə tərcümə edilmiş nəşrlərini təqdim edib. Bu, bp tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş və yerli universitetlərə təqdim olunmuş əvvəlki 15 dərsliyə əlavədir.


Kitablar bp-nin ən yaxşı beynəlxalq tədris vəsaitlərinin və təcrübəsinin Azərbaycana gətirilməsinə yönəlmiş böyük bir təhsil layihəsinin bir hissəsi olaraq tərcümə edilib və nəşr olunub. bp bu layihəni hazırda davam etdirir və əlavə 10 beynəlxalq universitet dərsliyinin tərcümə olunması və nəşri üzərində iş gedir.


Azərbaycan dilinə tərcümə edilmək və nəşr olunmaq üçün seçilmiş bütün dərsliklər yerli universitetlər və müvafiq ekspertlər tərəfindən beynəlxalq bilik və təhsil təcrübəsi baxımından dəyərli mənbə kimi tövsiyə olunub. Bu kitablar dünyada ən geniş istifadə olunan dərsliklər sırasındadır və əksər aparıcı beynəlxalq universitetlərin icbari tədris vəsaitlərinin siyahısına daxildir.

Bu gün yeni kitabların ictimaiyyətə təqdimatı münasibətilə keçirilmiş tədbirdə çıxış edən bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli dedi:

“Bu kitablar yerli universitetlərin bəhrələnə biləcəyi daha bir dəyərli təhsil və tədris mənbəyidir. Layihə başa çatdıqda biz universitetlərimiz üçün qlobal biliklərlə zəngin 29 ən nüfuzlu beynəlxalq dərsliyə birbaşa çıxış təmin etmiş olacağıq. Çox məmnunuq ki, Bakıda və ölkənin digər şəhərlərində yerləşən 30-dan çox yerli ali təhsil müəssisəsinin tələbə və müəllim heyəti bu dərsliklərdən yararlana biləcək. Azərbaycanın etibarlı və uzunmüddətli tərəfdaşı kimi biz ölkədə təhsilin ümumi keyfiyyətinin artırılmasına yönəlmiş sosial layihələrə sərmayə qoymağa davam edəcəyik.”

Yeni təqdim edilmiş dörd kitab aşağıdakılardır:

  1. Pozitiv psixologiya: təməl/1-ci nəşr (Müəllif: Rona Hart)
    Nəşriyyat: Routledge, 2020 
  2. Liderlik et və qalib gəl: İnnovator dilemmasını necə həll etməli/2-ci nəşr (Müəlliflər: Çarlz.A O’Reyli və Maykl L. Tuşman)
    Nəşriyyat: Stenford Universiteti, 2021
  3. Sosial tədqiqat praktikası/15-ci nəşr (Müəllif: Örl Bebbi)
    Nəşriyyat: Cengage AU, 2020
  4. Yeni biznes yolu testi/5-ci nəşr (Müəllif: Con Mallins)
    Nəşriyyat: Pearson, 2018

Bu kitablar bp-nin yerli universitetlərə, kitabxanalara və müvafiq elm və təhsil müəssisələrinə hədiyyəsidir. Hər bir dərsliyin çap edilmiş 2000 nüsxəsi ilə yanaşı, rəqəmsal versiyası da yerli nəşriyyatın – TEAS PRESS NƏŞRİYYAT EVİ-nin onlayn platformalarında yerləşdirilib.


Hazırda davam edən layihənin ümumi dəyəri 1 milyon AZN-dən çoxdur ($590000) və buraya bu gün təqdim edilmiş dörd kitab və layihə çərçivəsində nəzərdə tutulmuş daha 10 dərslik daxildir. Bu, bp-nin bundan əvvəl 15 dərsliyin tərcüməsi və nəşrinə xərclədiyi təxminən 1,14 milyon AZN ($670000) vəsaitə əlavədir.

“bp-Azərbaycan” şirkətinin mətbuat xidməti



Tags: BPkitabsosial layihəələr

Eyni kateqoriyadan Digər materiallar

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır
Azərbaycan

BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır

04/06/2025
Contract signed on selling Total’s share in Shah Deniz project
Azərbaycan

bp “Şahdəniz” layihəsinə xərclənən vəsaiti açıqladı

27/04/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.